Yusuf

سورة يوسف

Surə 12 · Məkki · 111 ayə

12:1Cüz 12 · s. 235

الر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ1

1. Əlif. Ləm. Ra. Bu, açıq-ay­dın Kita­bın ayələridir.
12:2Cüz 12 · s. 235

إِنَّا أَنْزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ2

2. Həqiqətən, Biz onu ərəb­cə Quran olaraq nazil etdik ki, anlaya biləsiniz.
12:3Cüz 12 · s. 235

نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ الْقَصَصِ بِمَا أَوْحَيْنَا إِلَيْكَ هَٰذَا الْقُرْآنَ وَإِنْ كُنْتَ مِنْ قَبْلِهِ لَمِنَ الْغَافِلِينَ3

3. Biz bu Quranı sənə vəhy et­məklə sənə ən gözəl heka­yə­ti da­nı­şırıq. Hal­buki, sən bun­dan əvvəl xəbərsiz olan­lardan idin.
12:4Cüz 12 · s. 235

إِذْ قَالَ يُوسُفُ لِأَبِيهِ يَا أَبَتِ إِنِّي رَأَيْتُ أَحَدَ عَشَرَ كَوْكَبًا وَالشَّمْسَ وَالْقَمَرَ رَأَيْتُهُمْ لِي سَاجِدِينَ4

4. Bir zaman Yusuf atasına demişdi: “Ata­can! Mən yuxu­da on bir ul­duz, günəş və ay gör­düm. Onların mənə səcdə etdiyini gör­düm”.
12:5Cüz 12 · s. 236

قَالَ يَا بُنَيَّ لَا تَقْصُصْ رُؤْيَاكَ عَلَىٰ إِخْوَتِكَ فَيَكِيدُوا لَكَ كَيْدًا ۖ إِنَّ الشَّيْطَانَ لِلْإِنْسَانِ عَدُوٌّ مُبِينٌ5

5. O dedi: “Oğlum! Yuxunu qardaş­larına danışma, yoxsa sə­nə hiylə qurar­lar. Həqiqətən, şeytan insanın açıq-ay­dın düş­mənidir.
12:6Cüz 12 · s. 236

وَكَذَٰلِكَ يَجْتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِنْ تَأْوِيلِ الْأَحَادِيثِ وَيُتِمُّ نِعْمَتَهُ عَلَيْكَ وَعَلَىٰ آلِ يَعْقُوبَ كَمَا أَتَمَّهَا عَلَىٰ أَبَوَيْكَ مِنْ قَبْلُ إِبْرَاهِيمَ وَإِسْحَاقَ ۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٌ6

6. Beləcə, Rəbbin səni seçə­cək, sənə yu­xuları yozmağı öy­rə­də­cək və Öz ne­mətini bun­dan əvvəl ata­ların İbra­himə və İs­haqa ta­mam­ladığı kimi, sənə və Yaqub nəs­linə də tamam­la­ya­caqdır. Şüb­hə­siz ki, Rəb­bin hər şeyi biləndir, hikmət sahibidir”.
12:7Cüz 12 · s. 236

۞ لَقَدْ كَانَ فِي يُوسُفَ وَإِخْوَتِهِ آيَاتٌ لِلسَّائِلِينَ7

7. Sözsüz ki, Yusuf və onun qar­daş­la­rının hekayətində soru­­şan­lar üçün ib­rət­lər vardır.
12:8Cüz 12 · s. 236

إِذْ قَالُوا لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰ أَبِينَا مِنَّا وَنَحْنُ عُصْبَةٌ إِنَّ أَبَانَا لَفِي ضَلَالٍ مُبِينٍ8

8. Bir vaxt onun qardaşları de­dilər: “Biz bütöv bir dəstə ol­ma­ğı­mı­za bax­mayaraq Yusuf və onun doğma qardaşı ata­mıza biz­dən da­ha sevimlidir. Aydın görü­nür ki, atamız aşkar bir yanlışlıq için­də­dir.
12:9Cüz 12 · s. 236

اقْتُلُوا يُوسُفَ أَوِ اطْرَحُوهُ أَرْضًا يَخْلُ لَكُمْ وَجْهُ أَبِيكُمْ وَتَكُونُوا مِنْ بَعْدِهِ قَوْمًا صَالِحِينَ9

9. Yusufu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, ata­nız ancaq sizə məhəbbət bəslə­sin və bundan sonra siz əməlisa­lehlərdən olasınız”.
12:10Cüz 12 · s. 236

قَالَ قَائِلٌ مِنْهُمْ لَا تَقْتُلُوا يُوسُفَ وَأَلْقُوهُ فِي غَيَابَتِ الْجُبِّ يَلْتَقِطْهُ بَعْضُ السَّيَّارَةِ إِنْ كُنْتُمْ فَاعِلِينَ10

10. Onlardan biri dedi: “Yu­sufu öl­dür­məyin! Əgər ona qar­şı hök­mən nə isə etmək is­təyir­si­nizsə, onda onu bir qu­yuya atın ki, karvanlardan biri onu gö­türsün!”
12:11Cüz 12 · s. 236

قَالُوا يَا أَبَانَا مَا لَكَ لَا تَأْمَنَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُ لَنَاصِحُونَ11

11. Onlar dedilər: “Ey ata­mız! Sənə nə olub ki, Yusufu bizə eti­bar etmirsən? Həqiqə­tən də, biz ona xeyir arzulayırıq.
12:12Cüz 12 · s. 236

أَرْسِلْهُ مَعَنَا غَدًا يَرْتَعْ وَيَلْعَبْ وَإِنَّا لَهُ لَحَافِظُونَ12

12. Sabah onu bizimlə gön­dər­sən, bir qədər əylənib oy­na­­yar. Biz onu mütləq qoruya­rıq!”
12:13Cüz 12 · s. 236

قَالَ إِنِّي لَيَحْزُنُنِي أَنْ تَذْهَبُوا بِهِ وَأَخَافُ أَنْ يَأْكُلَهُ الذِّئْبُ وَأَنْتُمْ عَنْهُ غَافِلُونَ13

13. O dedi: “Onu aparma­ğı­nız məni narahat edər. Həm də qor­xu­ram ki, si­zin başınız oyu­na qarışıb onu nəza­rət­siz qoy­duqda, canavar onu yesin”.
12:14Cüz 12 · s. 236

قَالُوا لَئِنْ أَكَلَهُ الذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ إِنَّا إِذًا لَخَاسِرُونَ14

14. Onlar dedilər: “Biz bü­töv bir dəstə olduğumuz hal­da ca­na­var onu yesə, onda biz ziyana uğrayarıq”.
12:15Cüz 12 · s. 237

فَلَمَّا ذَهَبُوا بِهِ وَأَجْمَعُوا أَنْ يَجْعَلُوهُ فِي غَيَابَتِ الْجُبِّ ۚ وَأَوْحَيْنَا إِلَيْهِ لَتُنَبِّئَنَّهُمْ بِأَمْرِهِمْ هَٰذَا وَهُمْ لَا يَشْعُرُونَ15

15. Qardaşları onu aparıb qu­­yuya at­maq qərarına gəl­dikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri ba­rə­sində gözləmə­dik­ləri bir halda xəbər verəcək­sən”.
12:16Cüz 12 · s. 237

وَجَاءُوا أَبَاهُمْ عِشَاءً يَبْكُونَ16

16. Onlar axşam ağlaya-ağ­laya ata­la­rının yanına gəlib
12:17Cüz 12 · s. 237

قَالُوا يَا أَبَانَا إِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوسُفَ عِنْدَ مَتَاعِنَا فَأَكَلَهُ الذِّئْبُ ۖ وَمَا أَنْتَ بِمُؤْمِنٍ لَنَا وَلَوْ كُنَّا صَادِقِينَ17

17. dedilər: “Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qo­yub yarışmaq üçün getmiş­dik. Canavar da onu yedi. Əl­bəttə, biz doğru danışsaq da, sən bi­zə ina­nan deyilsən”.
12:18Cüz 12 · s. 237

وَجَاءُوا عَلَىٰ قَمِيصِهِ بِدَمٍ كَذِبٍ ۚ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنْفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ ۖ وَاللَّهُ الْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ18

18. Qardaşları onun köynə­yi­nə saxta qan ləkəsi sürtüb gə­tir­di­lər. Yaqub de­di: “Xeyr, sizi öz nəfsi­niz bu işə vadar et­miş­dir. Mənə gö­zəl səbir gə­rəkdir. Söylədiklə­rinizin müqa­bilində Allah­dan kö­mək dilə­mək la­zımdır”.
12:19Cüz 12 · s. 237

وَجَاءَتْ سَيَّارَةٌ فَأَرْسَلُوا وَارِدَهُمْ فَأَدْلَىٰ دَلْوَهُ ۖ قَالَ يَا بُشْرَىٰ هَٰذَا غُلَامٌ ۚ وَأَسَرُّوهُ بِضَاعَةً ۚ وَاللَّهُ عَلِيمٌ بِمَا يَعْمَلُونَ19

19. Quyunun yaxınlığına bir karvan gəldi və suçularını su da­lınca göndər­di­lər. O, su qa­bı­nı quyuya saldı və: “Şad xəbər! Burada bir oğ­lan uşağı var­!”– dedi. Karvan əhli onu satılacaq bir əşya kimi öz­ləri ilə apar­dı­lar. Allah isə on­la­rın nə et­dik­lərini bilirdi.
12:20Cüz 12 · s. 237

وَشَرَوْهُ بِثَمَنٍ بَخْسٍ دَرَاهِمَ مَعْدُودَةٍ وَكَانُوا فِيهِ مِنَ الزَّاهِدِينَ20

20. Karvan əhli onu dəyərsiz bir qiy­mətə – bir neçə dirhəmə sat­dı­lar. Yusu­fun qardaşları onu çox qiymətlən­dirmə­di­lər.
12:21Cüz 12 · s. 237

وَقَالَ الَّذِي اشْتَرَاهُ مِنْ مِصْرَ لِامْرَأَتِهِ أَكْرِمِي مَثْوَاهُ عَسَىٰ أَنْ يَنْفَعَنَا أَوْ نَتَّخِذَهُ وَلَدًا ۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي الْأَرْضِ وَلِنُعَلِّمَهُ مِنْ تَأْوِيلِ الْأَحَادِيثِ ۚ وَاللَّهُ غَالِبٌ عَلَىٰ أَمْرِهِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ21

21. Onu alan misirli öz ar­va­­dına: “Ona yaxşı bax. Ola bil­sin ki, bizə fay­da versin və ya onu oğulluğa gö­tü­rək”– dedi. Belə­lik­lə, Yu­sufu yer üzün­də yerləşdir­dik və ona yuxuları yoz­ma­ğı öy­rət­dik. Allah Öz işi­ni qələbə ilə başa çatdıran­dır. Lakin insanların ço­xu bunu bil­mir.
12:22Cüz 12 · s. 237

وَلَمَّا بَلَغَ أَشُدَّهُ آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ22

22. Yusuf yetkin çağına çat­dıq­da Biz ona mühakimə yü­rütmək ba­carığı və elm verdik. Biz yaxşı iş görənləri belə mü­kafatlan­dırı­rıq.
12:23Cüz 12 · s. 238

وَرَاوَدَتْهُ الَّتِي هُوَ فِي بَيْتِهَا عَنْ نَفْسِهِ وَغَلَّقَتِ الْأَبْوَابَ وَقَالَتْ هَيْتَ لَكَ ۚ قَالَ مَعَاذَ اللَّهِ ۖ إِنَّهُ رَبِّي أَحْسَنَ مَثْوَايَ ۖ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ23

23. Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qa­pı­la­rı bağlayıb: “Yanıma gəl!”– dedi. O isə: “Allah uzaq eləsin! Axı sə­nin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhə­siz ki, za­lım­lar nicat tapmaz­lar!”– dedi.
12:24Cüz 12 · s. 238

وَلَقَدْ هَمَّتْ بِهِ ۖ وَهَمَّ بِهَا لَوْلَا أَنْ رَأَىٰ بُرْهَانَ رَبِّهِ ۚ كَذَٰلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوءَ وَالْفَحْشَاءَ ۚ إِنَّهُ مِنْ عِبَادِنَا الْمُخْلَصِينَ24

24. Qadın ona meyl etmişdi. Əgər Yu­suf Rəbbinin dəlilini gör­mə­səydi, o da ona meyl edər­di. Beləcə, Biz pisliyi və çirkin əməli on­dan uzaqlaş­dır­dıq. Hə­­qi­qətən, o, Bizim se­çil­miş qul­ları­mız­dan­dır.
12:25Cüz 12 · s. 238

وَاسْتَبَقَا الْبَابَ وَقَدَّتْ قَمِيصَهُ مِنْ دُبُرٍ وَأَلْفَيَا سَيِّدَهَا لَدَى الْبَابِ ۚ قَالَتْ مَا جَزَاءُ مَنْ أَرَادَ بِأَهْلِكَ سُوءًا إِلَّا أَنْ يُسْجَنَ أَوْ عَذَابٌ أَلِيمٌ25

25. Onlar bir-birini qabaqla­maq məq­sədilə qapıya tərəf yü­yür­dü­lər və qa­dın onun köy­nə­yini arxadan cırdı. İkisi də qa­pı­nın ya­nın­da qadının əri ilə rast­laşdı. Qadın dedi: “Sənin ailənə pislik et­mək istəyənin cəzası, zin­dana sa­lın­maqdan və ya ağrılı-acılı bir əza­ba dü­çar edil­mək­dən başqa nə ola bilər?!”
12:26Cüz 12 · s. 238

قَالَ هِيَ رَاوَدَتْنِي عَنْ نَفْسِي ۚ وَشَهِدَ شَاهِدٌ مِنْ أَهْلِهَا إِنْ كَانَ قَمِيصُهُ قُدَّ مِنْ قُبُلٍ فَصَدَقَتْ وَهُوَ مِنَ الْكَاذِبِينَ26

26. Yusuf dedi: “O məni yol­dan çı­xartmaq istəyirdi”. Qa­dı­nın ailə­­sindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi ön­dən cırılıbsa, qadın doğru deyir, o isə yalançılar­dandır.
12:27Cüz 12 · s. 238

وَإِنْ كَانَ قَمِيصُهُ قُدَّ مِنْ دُبُرٍ فَكَذَبَتْ وَهُوَ مِنَ الصَّادِقِينَ27

27. Yox əgər onun köynəyi ar­xadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlar­dandır”.
12:28Cüz 12 · s. 238

فَلَمَّا رَأَىٰ قَمِيصَهُ قُدَّ مِنْ دُبُرٍ قَالَ إِنَّهُ مِنْ كَيْدِكُنَّ ۖ إِنَّ كَيْدَكُنَّ عَظِيمٌ28

28. Qadının əri onun köy­nə­yi­nin ar­xadan cırıldığını gör­dükdə de­di: “Şüb­həsiz ki, bu sizin qadın hiylələ­riniz­dən­dir. Həqiqətən də, sizin hiyləniz bö­yükdür.
12:29Cüz 12 · s. 238

يُوسُفُ أَعْرِضْ عَنْ هَٰذَا ۚ وَاسْتَغْفِرِي لِذَنْبِكِ ۖ إِنَّكِ كُنْتِ مِنَ الْخَاطِئِينَ29

29. Yusuf, sən bundan – bu işi açıb da­nışmaqdan vaz keç! Sən də ey arvad, günahına görə bağış­lanma dilə. Çünki sən, günah iş­lət­mi­sən”.
12:30Cüz 12 · s. 238

۞ وَقَالَ نِسْوَةٌ فِي الْمَدِينَةِ امْرَأَتُ الْعَزِيزِ تُرَاوِدُ فَتَاهَا عَنْ نَفْسِهِ ۖ قَدْ شَغَفَهَا حُبًّا ۖ إِنَّا لَنَرَاهَا فِي ضَلَالٍ مُبِينٍ30

30. Şəhərdəki qadınlar dedi­lər: “Za­dəgan kişinin arvadı ca­van kö­ləsini yol­dan çıxart­maq istəyir. Ehtiras onu coş­dur­muş­dur. Biz onu aşkar bir azğınlıq için­də gö­rürük”.
12:31Cüz 12 · s. 239

فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَأً وَآتَتْ كُلَّ وَاحِدَةٍ مِنْهُنَّ سِكِّينًا وَقَالَتِ اخْرُجْ عَلَيْهِنَّ ۖ فَلَمَّا رَأَيْنَهُ أَكْبَرْنَهُ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَاشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنْ هَٰذَا إِلَّا مَلَكٌ كَرِيمٌ31

31. Qadın onların hiylə­sin­dən xəbər tutduqda məclis qurub onları qonaqlığa dəvət etdi, onlar üçün mütək­kə­lər hazırladı, sonra da onların hər birinə bir bıçaq verdi və Yu­sufa: “Onların qar­şısına çıx!”– dedi. Qa­dınlar Yusufu gör­dükdə onu o qədər tə­rif­lə­di­lər ki, unu­dub meyvə əvəzinə öz əl­lərini kəsdilər və dedilər: “Allah sax­la­sın! Bu ki bəşər deyil. Bu ancaq hör­mətə layiq bir mə­lək­dir!”
12:32Cüz 12 · s. 239

قَالَتْ فَذَٰلِكُنَّ الَّذِي لُمْتُنَّنِي فِيهِ ۖ وَلَقَدْ رَاوَدْتُهُ عَنْ نَفْسِهِ فَاسْتَعْصَمَ ۖ وَلَئِنْ لَمْ يَفْعَلْ مَا آمُرُهُ لَيُسْجَنَنَّ وَلَيَكُونًا مِنَ الصَّاغِرِينَ32

32. Qadın dedi: “Barəsində məni qı­nadığınız oğlan bax bu­dur! Mən onu yoldan çıxart­mağa çalış­dım, o isə im­ti­na et­di. Əgər əm­ri­mi yerinə ye­tir­məsə, əlbəttə ki, zindana atı­la­caq və zəlil­lər­dən ola­caq­dır”.
12:33Cüz 12 · s. 239

قَالَ رَبِّ السِّجْنُ أَحَبُّ إِلَيَّ مِمَّا يَدْعُونَنِي إِلَيْهِ ۖ وَإِلَّا تَصْرِفْ عَنِّي كَيْدَهُنَّ أَصْبُ إِلَيْهِنَّ وَأَكُنْ مِنَ الْجَاهِلِينَ33

33. Yusuf dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların mə­ni sövq et­dik­ləri işi gör­mək­dən daha xoşdur. Əgər bu qa­dınların hiy­ləsini məndən uzaq etməsən, mən onlara meyl edər və ca­hil­lər­dən olaram”.
12:34Cüz 12 · s. 239

فَاسْتَجَابَ لَهُ رَبُّهُ فَصَرَفَ عَنْهُ كَيْدَهُنَّ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ34

34. Rəbbi onun duasını qə­bul etdi və onların hiyləsini on­dan uzaq etdi. Hə­qiqətən, O, Eşidən­dir, Biləndir.
12:35Cüz 12 · s. 239

ثُمَّ بَدَا لَهُمْ مِنْ بَعْدِ مَا رَأَوُا الْآيَاتِ لَيَسْجُنُنَّهُ حَتَّىٰ حِينٍ35

35. Bu qədər dəlilləri gör­dük­dən son­ra, yenə də onu bir müd­dət zindana salmaq qəra­rına gəl­dilər.
12:36Cüz 12 · s. 239

وَدَخَلَ مَعَهُ السِّجْنَ فَتَيَانِ ۖ قَالَ أَحَدُهُمَا إِنِّي أَرَانِي أَعْصِرُ خَمْرًا ۖ وَقَالَ الْآخَرُ إِنِّي أَرَانِي أَحْمِلُ فَوْقَ رَأْسِي خُبْزًا تَأْكُلُ الطَّيْرُ مِنْهُ ۖ نَبِّئْنَا بِتَأْوِيلِهِ ۖ إِنَّا نَرَاكَ مِنَ الْمُحْسِنِينَ36

36. Onunla birlikdə iki gənc də zin­dana salındı. Onlardan biri de­di: “Mən yuxuda gör­düm ki, üzümdən şərab sıxı­ram”. Di­gəri isə be­lə dedi: “Mən gör­düm ki, başımın üs­tündə çörək apa­rı­ram, quş­lar da ondan dim­dik­ləyib yeyir. Bunun yozumu­nu bizə bildir. Hə­qi­­qə­tən, biz səni yaxşı adam hesab edirik”.
12:37Cüz 12 · s. 239

قَالَ لَا يَأْتِيكُمَا طَعَامٌ تُرْزَقَانِهِ إِلَّا نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِ قَبْلَ أَنْ يَأْتِيَكُمَا ۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّي ۚ إِنِّي تَرَكْتُ مِلَّةَ قَوْمٍ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَهُمْ بِالْآخِرَةِ هُمْ كَافِرُونَ37

37. O dedi: “Sizə veriləcək ye­mək gəl­məmişdən əvvəl mən bu­nun yo­zu­munu sizə bildirə­rəm. Bu, Rəbbimin mənə öy­rətdiklə­rin­dəndir. Mən Allaha iman gətir­məyən, özləri də axi­rəti inkar edən adamların di­nindən uzaqlaşmışam.
12:38Cüz 12 · s. 240

وَاتَّبَعْتُ مِلَّةَ آبَائِي إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ ۚ مَا كَانَ لَنَا أَنْ نُشْرِكَ بِاللَّهِ مِنْ شَيْءٍ ۚ ذَٰلِكَ مِنْ فَضْلِ اللَّهِ عَلَيْنَا وَعَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ38

38. Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe ol­dum. Hər hansı bir şeyi Alla­ha şərik qoşmaq bizə ya­raş­maz. Bu, Alla­hın bizə və bütün in­san­la­ra olan lütfüdür, lakin insanların ço­xu şükür etmir.
12:39Cüz 12 · s. 240

يَا صَاحِبَيِ السِّجْنِ أَأَرْبَابٌ مُتَفَرِّقُونَ خَيْرٌ أَمِ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ39

39. Ey mənim zindan yol­daş­larım! Ay­rı-ayrı tanrılar yax­şı­dır, yox­sa Tək olan, hər şeyə Qalib gələn Allah?
12:40Cüz 12 · s. 240

مَا تَعْبُدُونَ مِنْ دُونِهِ إِلَّا أَسْمَاءً سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا أَنْزَلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۚ أَمَرَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ40

40. Ondan başqa ibadət et­dik­ləriniz sizin və atalarınızın qoy­duğunuz ad­lardan baş­qa bir şey deyildir. Allah on­la­ra dair heç bir dəlil nazil et­mə­mişdir. Hökm yal­nız Allahın­dır. O əmr et­miş­dir ki, yalnız Ona ibadət edəsiniz. Doğ­ru din budur, lakin in­san­la­rın çoxu bu­nu bilmir.
12:41Cüz 12 · s. 240

يَا صَاحِبَيِ السِّجْنِ أَمَّا أَحَدُكُمَا فَيَسْقِي رَبَّهُ خَمْرًا ۖ وَأَمَّا الْآخَرُ فَيُصْلَبُ فَتَأْكُلُ الطَّيْرُ مِنْ رَأْسِهِ ۚ قُضِيَ الْأَمْرُ الَّذِي فِيهِ تَسْتَفْتِيَانِ41

41. Ey mənim zindan yol­daş­larım! Sizdən biriniz öz ağa­­sına şə­rab süzəcək, digəriniz isə çar­mıxa çəkiləcək və quş­lar onun başın­dan dimdikləyib yeyə­cək­lər. Haq­qında fitva soruşduğunuz işə qabaqca­dan qərar veril­mişdir”.
12:42Cüz 12 · s. 240

وَقَالَ لِلَّذِي ظَنَّ أَنَّهُ نَاجٍ مِنْهُمَا اذْكُرْنِي عِنْدَ رَبِّكَ فَأَنْسَاهُ الشَّيْطَانُ ذِكْرَ رَبِّهِ فَلَبِثَ فِي السِّجْنِ بِضْعَ سِنِينَ42

42. Yusuf onlardan edamdan qurtula­ca­ğını yə­qin etdiyi kimsəyə de­di: “Ağa­nın ya­nında məni ya­da sal!” Lakin şeytan ona Yu­sufu ağası­nın yadına sal­mağı unut­durdu və o, zindanda bir neçə il də qal­dı.
12:43Cüz 12 · s. 240

وَقَالَ الْمَلِكُ إِنِّي أَرَىٰ سَبْعَ بَقَرَاتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعَ سُنْبُلَاتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَاتٍ ۖ يَا أَيُّهَا الْمَلَأُ أَفْتُونِي فِي رُؤْيَايَ إِنْ كُنْتُمْ لِلرُّؤْيَا تَعْبُرُونَ43

43. Padşah dedi: “Mən yu­xuda yeddi arıq inəyin yeddi kök inə­yi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qə­dər də qu­ru­su­nu gördüm. Ey zadə­ganlar! Əgər yuxu yoza bilirsinizsə, yu­xumun yozu­mu­­nu mənə bildirin”.
12:44Cüz 12 · s. 241

قَالُوا أَضْغَاثُ أَحْلَامٍ ۖ وَمَا نَحْنُ بِتَأْوِيلِ الْأَحْلَامِ بِعَالِمِينَ44

44. Onlar dedilər: “Bunlar qar­maqarı­şıq yuxulardır. Biz belə yu­xu­ların yo­zu­munu bil­mi­rik”.
12:45Cüz 12 · s. 241

وَقَالَ الَّذِي نَجَا مِنْهُمَا وَادَّكَرَ بَعْدَ أُمَّةٍ أَنَا أُنَبِّئُكُمْ بِتَأْوِيلِهِ فَأَرْسِلُونِ45

45. O iki nəfərin edamdan qurtulanı, uzun müddətdən sonra xa­tır­la­ya­raq de­di: “Mən sizə onun yozu­munu bil­dirə­rəm. Bircə məni Yu­sufun yanına gön­də­rin!”
12:46Cüz 12 · s. 241

يُوسُفُ أَيُّهَا الصِّدِّيقُ أَفْتِنَا فِي سَبْعِ بَقَرَاتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعِ سُنْبُلَاتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَاتٍ لَعَلِّي أَرْجِعُ إِلَى النَّاسِ لَعَلَّهُمْ يَعْلَمُونَ46

46. O, zindana gəlib dedi: “Ey Yusuf! Ey düz danışan kişi! Yed­di arıq inəyin yeddi kök inəyi yedi­yi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru sünbüllər barədə bizə xəbər ver. Ola bil­sin ki, mən o adamların yanına qayı­dım, bəlkə onlar da bilsinlər”.
12:47Cüz 12 · s. 241

قَالَ تَزْرَعُونَ سَبْعَ سِنِينَ دَأَبًا فَمَا حَصَدْتُمْ فَذَرُوهُ فِي سُنْبُلِهِ إِلَّا قَلِيلًا مِمَّا تَأْكُلُونَ47

47. Yusuf dedi: “Yeddi il ba­cardığınız qədər əkin. Biçdiyi­nizi isə, yeyəcəyiniz az bir miq­dar is­tisna olmaqla, sünbüldə saxlayın.
12:48Cüz 12 · s. 241

ثُمَّ يَأْتِي مِنْ بَعْدِ ذَٰلِكَ سَبْعٌ شِدَادٌ يَأْكُلْنَ مَا قَدَّمْتُمْ لَهُنَّ إِلَّا قَلِيلًا مِمَّا تُحْصِنُونَ48

48. Sonra bunun ardınca, to­xumluq sax­layacağınız az bir miq­dar istisna ol­maqla, əvvəl­cədən həmin illər üçün tə­da­rük gördü­yü­nüzü yeyəcək yeddi ağır il – quraqlıq illəri gələcək.
12:49Cüz 12 · s. 241

ثُمَّ يَأْتِي مِنْ بَعْدِ ذَٰلِكَ عَامٌ فِيهِ يُغَاثُ النَّاسُ وَفِيهِ يَعْصِرُونَ49

49. Bunun ardınca da elə bir il gə­lə­cək ki, onda insanlara bol ya­­ğış ve­ri­lə­cək və onlar çoxlu meyvə şirəsi sıxa­caq­lar”.
12:50Cüz 12 · s. 241

وَقَالَ الْمَلِكُ ائْتُونِي بِهِ ۖ فَلَمَّا جَاءَهُ الرَّسُولُ قَالَ ارْجِعْ إِلَىٰ رَبِّكَ فَاسْأَلْهُ مَا بَالُ النِّسْوَةِ اللَّاتِي قَطَّعْنَ أَيْدِيَهُنَّ ۚ إِنَّ رَبِّي بِكَيْدِهِنَّ عَلِيمٌ50

50. Padşah dedi: “Onu ya­nı­ma gə­ti­rin!” Elçi onun yanı­na gəl­dik­də Yusuf de­di: “Ağa­nın yanına qayıt və soruş gör ki, əllərini kə­sən qadınların məq­­sədi nə idi? Şübhəsiz ki, Rəbbim on­ların hiy­lə­sini bi­lir”.
12:51Cüz 12 · s. 241

قَالَ مَا خَطْبُكُنَّ إِذْ رَاوَدْتُنَّ يُوسُفَ عَنْ نَفْسِهِ ۚ قُلْنَ حَاشَ لِلَّهِ مَا عَلِمْنَا عَلَيْهِ مِنْ سُوءٍ ۚ قَالَتِ امْرَأَتُ الْعَزِيزِ الْآنَ حَصْحَصَ الْحَقُّ أَنَا رَاوَدْتُهُ عَنْ نَفْسِهِ وَإِنَّهُ لَمِنَ الصَّادِقِينَ51

51. Padşah qadınlara dedi: “Yu­sufu yoldan çıxartmaqla nə məq­səd gü­dür­dünüz?” Onlar de­dilər: “Allah uzaq eləsin! Biz onun haq­­qında pis bir şey bil­mirik”. Zadəgan ki­şi­nin ar­va­dı dedi: “İn­di haqq bəlli ol­du. Onu mən yoldan çıxart­maq istə­yirdim. Hə­qi­­qətən də, o, doğru danışan­lar­dan­dır.
12:52Cüz 12 · s. 241

ذَٰلِكَ لِيَعْلَمَ أَنِّي لَمْ أَخُنْهُ بِالْغَيْبِ وَأَنَّ اللَّهَ لَا يَهْدِي كَيْدَ الْخَائِنِينَ52

52. Bu etiraf ona görədir ki, ərim ya­nımda olmadıqda ona xə­ya­nət etmə­di­yimi və Allahın xain­lərin hiylələrinə yol ver­mə­diyini bil­sin.
12:53Cüz 13 · s. 242

۞ وَمَا أُبَرِّئُ نَفْسِي ۚ إِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ إِلَّا مَا رَحِمَ رَبِّي ۚ إِنَّ رَبِّي غَفُورٌ رَحِيمٌ53

53. Mən özümə bəraət qa­zan­dırmıram. Çünki, Rəbbimin rəhm et­diyi kəs istisna olmaq­la, nəfs adama pis işləri əmr edər. Həqi­qə­tən, Rəbbim Bağış­layan­dır, Rəhm­­lidir”.
12:54Cüz 13 · s. 242

وَقَالَ الْمَلِكُ ائْتُونِي بِهِ أَسْتَخْلِصْهُ لِنَفْسِي ۖ فَلَمَّا كَلَّمَهُ قَالَ إِنَّكَ الْيَوْمَ لَدَيْنَا مَكِينٌ أَمِينٌ54

54. Padşah dedi: “Onu ya­nı­ma gə­ti­rin! Onu özümə yaxın adam edə­cəyəm”. Onunla söh­bət etdikdə: “Sən bu gün ya­nı­mızda yük­sək mə­qam sahibi, etibarlı bir adamsan”– dedi.
12:55Cüz 13 · s. 242

قَالَ اجْعَلْنِي عَلَىٰ خَزَائِنِ الْأَرْضِ ۖ إِنِّي حَفِيظٌ عَلِيمٌ55

55. Yusuf dedi: “Bu yerin xə­zi­nələri­ni qo­rumağı mənə tap­şır. Çün­ki mən qo­ru­ya­nam, bu işi bilənəm”.
12:56Cüz 13 · s. 242

وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي الْأَرْضِ يَتَبَوَّأُ مِنْهَا حَيْثُ يَشَاءُ ۚ نُصِيبُ بِرَحْمَتِنَا مَنْ نَشَاءُ ۖ وَلَا نُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ56

56. Beləliklə, Yusufa yer üzün­də hökm­ranlıq verdik. O, istə­diyi yerdə qala bilərdi. Biz is­tədiyi­mizə mərhə­mə­timizi nə­sib edirik və yaxşı iş görən­lə­rin mükafatını əsirgəmirik.
12:57Cüz 13 · s. 242

وَلَأَجْرُ الْآخِرَةِ خَيْرٌ لِلَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ57

57. İman gətirənlər və müt­təqi olan­lar üçün, əlbəttə, axi­rət mü­ka­fatı daha xeyirlidir.
12:58Cüz 13 · s. 242

وَجَاءَ إِخْوَةُ يُوسُفَ فَدَخَلُوا عَلَيْهِ فَعَرَفَهُمْ وَهُمْ لَهُ مُنْكِرُونَ58

58. Yusufun qardaşları Mi­sirə gəlib onun yanına daxil ol­du­lar. Yu­suf on­la­rı tanıdı, on­lar isə onu tanımadılar.
12:59Cüz 13 · s. 242

وَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ قَالَ ائْتُونِي بِأَخٍ لَكُمْ مِنْ أَبِيكُمْ ۚ أَلَا تَرَوْنَ أَنِّي أُوفِي الْكَيْلَ وَأَنَا خَيْرُ الْمُنْزِلِينَ59

59. Yusuf onların ərzaq yük­lə­rini ha­zırlayarkən dedi: “Ata­bir qar­daşınızı yanıma gəti­rin! Məgər görmürsü­nüz­ ki, mən ölçü­yə tam riayət edirəm və mən qonaq­pərvərlərin ən yax­şısıyam?
12:60Cüz 13 · s. 242

فَإِنْ لَمْ تَأْتُونِي بِهِ فَلَا كَيْلَ لَكُمْ عِنْدِي وَلَا تَقْرَبُونِ60

60. Əgər onu yanıma gətir­mə­səniz, mənim yanımda si­zin üçün bir qab belə ərzaq ve­ril­məyəcək, özünüz də mənə ya­xınlaşmayın”.
12:61Cüz 13 · s. 242

قَالُوا سَنُرَاوِدُ عَنْهُ أَبَاهُ وَإِنَّا لَفَاعِلُونَ61

61. Onlar dedilər: “Ona gö­rə atasını razı salmağa çalı­şa­rıq. Biz əl­bət­tə, bunu edərik”.
12:62Cüz 13 · s. 242

وَقَالَ لِفِتْيَانِهِ اجْعَلُوا بِضَاعَتَهُمْ فِي رِحَالِهِمْ لَعَلَّهُمْ يَعْرِفُونَهَا إِذَا انْقَلَبُوا إِلَىٰ أَهْلِهِمْ لَعَلَّهُمْ يَرْجِعُونَ62

62. O, öz xidmətçilərinə de­di: “On­la­rın taxıl əvəzinə ödə­dik­ləri mallarını da yüklərinin içinə qo­yun ki, ailələrinin ya­nına dön­dük­də onu başa düş­sünlər və ola bilsin ki, qayıt­sınlar”.
12:63Cüz 13 · s. 242

فَلَمَّا رَجَعُوا إِلَىٰ أَبِيهِمْ قَالُوا يَا أَبَانَا مُنِعَ مِنَّا الْكَيْلُ فَأَرْسِلْ مَعَنَا أَخَانَا نَكْتَلْ وَإِنَّا لَهُ لَحَافِظُونَ63

63. Onlar atalarının yanına qa­yıt­dıq­da dedilər: “Ey ata­mız! Da­ha bizə ər­zaq verilmə­yəcək. Ölçüb ərzaq almaq üçün qar­da­şı­mızı bi­zimlə birlikdə gön­dər. Şüb­həsiz ki, biz onu qoruya­ca­ğıq”.
12:64Cüz 13 · s. 243

قَالَ هَلْ آمَنُكُمْ عَلَيْهِ إِلَّا كَمَا أَمِنْتُكُمْ عَلَىٰ أَخِيهِ مِنْ قَبْلُ ۖ فَاللَّهُ خَيْرٌ حَافِظًا ۖ وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ64

64. O dedi: “Daha öncə qar­da­şını si­zə etibar etdiyim kimi, heç onu sizə eti­bar edə bilə­rəm­mi? Allah daha yaxşı qo­ru­yur. O, rəhm­lilərin ən rəhmli­si­dir”.
12:65Cüz 13 · s. 243

وَلَمَّا فَتَحُوا مَتَاعَهُمْ وَجَدُوا بِضَاعَتَهُمْ رُدَّتْ إِلَيْهِمْ ۖ قَالُوا يَا أَبَانَا مَا نَبْغِي ۖ هَٰذِهِ بِضَاعَتُنَا رُدَّتْ إِلَيْنَا ۖ وَنَمِيرُ أَهْلَنَا وَنَحْفَظُ أَخَانَا وَنَزْدَادُ كَيْلَ بَعِيرٍ ۖ ذَٰلِكَ كَيْلٌ يَسِيرٌ65

65. Onlar yüklərini açdıqda ver­dik­lə­ri mallarının da özlə­ri­nə qay­ta­rıl­dı­ğı­nı görüb dedi­lər: “Ey atamız! Bizə daha nə lazım­dır ki? Budur, sərmayə­miz özü­müzə qaytarılıb. Biz ailəmizi ər­zaq­la tə­min edər, qar­daşı­mı­zı qoruyar və bir dəvə yükü ar­tıq ərzaq ala­rıq. Bu isə satın al­dığımızın az bir miq­darıdır”.
12:66Cüz 13 · s. 243

قَالَ لَنْ أُرْسِلَهُ مَعَكُمْ حَتَّىٰ تُؤْتُونِ مَوْثِقًا مِنَ اللَّهِ لَتَأْتُنَّنِي بِهِ إِلَّا أَنْ يُحَاطَ بِكُمْ ۖ فَلَمَّا آتَوْهُ مَوْثِقَهُمْ قَالَ اللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌ66

66. Yaqub dedi: “Əhatə olunub ça­­rəsiz qal­manız istisna olmaq­la, onu yanıma gə­ti­rəcəyinizə dair Allaha and içməyincə onu si­zinlə gön­dərməyəcəyəm”. On­lar and içdikdə Yaqub dedi: “Allah söy­lə­dik­lərimizə Vəkil­dir”.
12:67Cüz 13 · s. 243

وَقَالَ يَا بَنِيَّ لَا تَدْخُلُوا مِنْ بَابٍ وَاحِدٍ وَادْخُلُوا مِنْ أَبْوَابٍ مُتَفَرِّقَةٍ ۖ وَمَا أُغْنِي عَنْكُمْ مِنَ اللَّهِ مِنْ شَيْءٍ ۖ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَعَلَيْهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ67

67. O dedi: “Ey oğullarım! Şə­hərə bir qapıdan girməyin, ay­rı-ay­rı qapılardan girin. Alla­hın ira­dəsinə qarşı isə heç bir şeylə sizə fay­da verə bilmə­rəm. Hökm yal­nız Allahındır. Mən ancaq Ona tə­vək­kül edi­rəm. Qoy tə­vəkkül edənlər də ancaq Ona təvəkkül et­sin­lər”.
12:68Cüz 13 · s. 243

وَلَمَّا دَخَلُوا مِنْ حَيْثُ أَمَرَهُمْ أَبُوهُمْ مَا كَانَ يُغْنِي عَنْهُمْ مِنَ اللَّهِ مِنْ شَيْءٍ إِلَّا حَاجَةً فِي نَفْسِ يَعْقُوبَ قَضَاهَا ۚ وَإِنَّهُ لَذُو عِلْمٍ لِمَا عَلَّمْنَاهُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ68

68. Atalarının onlara əmr et­diyi yer­lər­dən daxil olmaları­nın Alla­h ya­nın­da onlar üçün heç bir faydası olmadı, lakin bu, Ya­qu­bun nəf­sindəki bir istək idi ki, onu da yerinə ye­tirdi. Hə­qi­qətən də, o, elm sa­hibi idi, çün­ki onu Biz öy­rət­miş­dik. Lakin insanların ço­xu bunu bil­mir.
12:69Cüz 13 · s. 243

وَلَمَّا دَخَلُوا عَلَىٰ يُوسُفَ آوَىٰ إِلَيْهِ أَخَاهُ ۖ قَالَ إِنِّي أَنَا أَخُوكَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا يَعْمَلُونَ69

69. Onlar Yusufun yanına daxil ol­duqda o, qardaşını bərk-bərk qucaq­la­yıb dedi: “Mən sə­nin qar­da­şınam. On­la­rın tut­duq­ları iş­lə­rə görə kədər­lənmə”.
12:70Cüz 13 · s. 244

فَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ جَعَلَ السِّقَايَةَ فِي رَحْلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا الْعِيرُ إِنَّكُمْ لَسَارِقُونَ70

70. Yusuf onları azuqə ilə tə­min edər­kən qardaşının yü­kü­nün içi­nə bir pi­ya­lə qoydu. Son­ra bir carçı qışqırıb dedi: “Ey karvan əh­li! Siz oğrusu­nuz!”
12:71Cüz 13 · s. 244

قَالُوا وَأَقْبَلُوا عَلَيْهِمْ مَاذَا تَفْقِدُونَ71

71. Qardaşlar onlara tərəf dö­­nüb: “Nə itirmisiniz?”– de­di­lər.
12:72Cüz 13 · s. 244

قَالُوا نَفْقِدُ صُوَاعَ الْمَلِكِ وَلِمَنْ جَاءَ بِهِ حِمْلُ بَعِيرٍ وَأَنَا بِهِ زَعِيمٌ72

72. Onlar dedilər: “Padşa­hın piya­lə­sini itirmişik. Onu gəti­rənə bir dəvə yü­kü ərzaq veri­ləcək”. Carçı: “Mən buna za­mi­nəm!”– dedi.
12:73Cüz 13 · s. 244

قَالُوا تَاللَّهِ لَقَدْ عَلِمْتُمْ مَا جِئْنَا لِنُفْسِدَ فِي الْأَرْضِ وَمَا كُنَّا سَارِقِينَ73

73. Onlar dedilər: “Allaha and ol­sun! Siz bilirsiniz ki, biz bu yer­lərə fitnə-fə­sad tö­rətmək üçün gəlməmişik və biz oğ­ru da de­yi­lik”.
12:74Cüz 13 · s. 244

قَالُوا فَمَا جَزَاؤُهُ إِنْ كُنْتُمْ كَاذِبِينَ74

74. Onlar dedilər: “Əgər ya­lan­çısı­nız­sa, onda onun cəzası nə­dir?”
12:75Cüz 13 · s. 244

قَالُوا جَزَاؤُهُ مَنْ وُجِدَ فِي رَحْلِهِ فَهُوَ جَزَاؤُهُ ۚ كَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ75

75. Qardaşlar dedilər: “Onun cəzası – it­miş piyalə yükündə ta­­pı­lan kimsənin özünün kölə edi­­lərək cəzalan­dırıl­ması­dır. Biz za­lımları be­lə cəzalan­dırırıq”.
12:76Cüz 13 · s. 244

فَبَدَأَ بِأَوْعِيَتِهِمْ قَبْلَ وِعَاءِ أَخِيهِ ثُمَّ اسْتَخْرَجَهَا مِنْ وِعَاءِ أَخِيهِ ۚ كَذَٰلِكَ كِدْنَا لِيُوسُفَ ۖ مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِي دِينِ الْمَلِكِ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ نَرْفَعُ دَرَجَاتٍ مَنْ نَشَاءُ ۗ وَفَوْقَ كُلِّ ذِي عِلْمٍ عَلِيمٌ76

76. O, qardaşının yükündən əv­vəl on­ların yüklərini axtar­mağa baş­ladı, sonra da piya­lə­ni qarda­şının yükündən çı­xart­dı. Biz Yu­su­fa belə bir tədbir öy­rətdik. Allahın istəyi olma­saydı, padşa­hın qa­nunlarına gö­rə, o, qar­daşını tu­tub öz ya­nın­da sax­laya bilməzdi. Biz is­tə­di­yimiz kəsi dərəcə-dərəcə yük­səl­di­rik. Hər bilik sahi­bin­dən də üstün bir bilən vardır.
12:77Cüz 13 · s. 244

۞ قَالُوا إِنْ يَسْرِقْ فَقَدْ سَرَقَ أَخٌ لَهُ مِنْ قَبْلُ ۚ فَأَسَرَّهَا يُوسُفُ فِي نَفْسِهِ وَلَمْ يُبْدِهَا لَهُمْ ۚ قَالَ أَنْتُمْ شَرٌّ مَكَانًا ۖ وَاللَّهُ أَعْلَمُ بِمَا تَصِفُونَ77

77. Onlar dedilər: “Əgər piyaləni o oğur­la­yıb­sa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusuf bunu öz içində giz­lə­dib onlara açıb söy­ləmədi və öz-özünə: “Siz daha pis mövqedə­siniz. Allah si­zin nə de­diyinizi çox yaxşı bilir”– dedi.
12:78Cüz 13 · s. 244

قَالُوا يَا أَيُّهَا الْعَزِيزُ إِنَّ لَهُ أَبًا شَيْخًا كَبِيرًا فَخُذْ أَحَدَنَا مَكَانَهُ ۖ إِنَّا نَرَاكَ مِنَ الْمُحْسِنِينَ78

78. Onlar dedilər: “Ey hökm­dar! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi gö­tür. Həqiqətən, Biz səni yaxşı adam he­sab edirik”.
12:79Cüz 13 · s. 245

قَالَ مَعَاذَ اللَّهِ أَنْ نَأْخُذَ إِلَّا مَنْ وَجَدْنَا مَتَاعَنَا عِنْدَهُ إِنَّا إِذًا لَظَالِمُونَ79

79. O dedi: “Allah eləməsin ki, xurcununda malımızı tapdığı­mız kəs­dən başqa­sı­nı tutub sax­layaq. Onda biz zalımlar­dan ola­rıq”.
12:80Cüz 13 · s. 245

فَلَمَّا اسْتَيْأَسُوا مِنْهُ خَلَصُوا نَجِيًّا ۖ قَالَ كَبِيرُهُمْ أَلَمْ تَعْلَمُوا أَنَّ أَبَاكُمْ قَدْ أَخَذَ عَلَيْكُمْ مَوْثِقًا مِنَ اللَّهِ وَمِنْ قَبْلُ مَا فَرَّطْتُمْ فِي يُوسُفَ ۖ فَلَنْ أَبْرَحَ الْأَرْضَ حَتَّىٰ يَأْذَنَ لِي أَبِي أَوْ يَحْكُمَ اللَّهُ لِي ۖ وَهُوَ خَيْرُ الْحَاكِمِينَ80

80. Ondan ümidlərini kəs­dik­də məs­lə­hətləşmək üçün bir kə­na­ra çəkildilər. Onların bö­yü­yü dedi: “Atanızın sizə Allaha and iç­dir­məsi, bundan əvvəl də Yusufa qarşı haqsız­lıq etdi­yi­niz yadı­nız­dadırmı? Atam mə­nə izin vermə­yin­cə və ya mə­nə aid Allah hökm ver­mə­yincə, mən bu yerdən ayrıl­maya­ca­ğam. O, hökm ve­rən­lərin ən yaxşısıdır.
12:81Cüz 13 · s. 245

ارْجِعُوا إِلَىٰ أَبِيكُمْ فَقُولُوا يَا أَبَانَا إِنَّ ابْنَكَ سَرَقَ وَمَا شَهِدْنَا إِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَافِظِينَ81

81. Atanızın yanına qayıdın və de­yin: “Ey atamız! Oğlun oğur­luq etdi. Biz ancaq bildi­yi­miz şeyə şahidlik et­dik. Biz qeybi bi­lən­lər deyilik.
12:82Cüz 13 · s. 245

وَاسْأَلِ الْقَرْيَةَ الَّتِي كُنَّا فِيهَا وَالْعِيرَ الَّتِي أَقْبَلْنَا فِيهَا ۖ وَإِنَّا لَصَادِقُونَ82

82. Olduğumuz kənddən və bir­likdə gəl­diyimiz karvandan so­ruş. Biz, hə­qi­qətən də, doğ­ru danı­şırıq”.
12:83Cüz 13 · s. 245

قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنْفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ ۖ عَسَى اللَّهُ أَنْ يَأْتِيَنِي بِهِمْ جَمِيعًا ۚ إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ83

83. Yaqub dedi: “Xeyr, si­zin nəfsiniz sizi bu işə sövq etdi. Mənə isə yaxşı səbir gə­rəkdir. Ola bilsin ki, Allah on­ların ha­mı­sını mənə qay­tarsın. Həqi­qə­tən də, O, Biləndir, Hikmət sahibidir”.
12:84Cüz 13 · s. 245

وَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَا أَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَابْيَضَّتْ عَيْنَاهُ مِنَ الْحُزْنِ فَهُوَ كَظِيمٌ84

84. Yaqub onlardan üz dön­dərdi və: “Heyif Yusufdan!”– dedi. Kə­dərdən onun gözlə­ri­nə ağ gəldi. O, dərdini öz içində saxlayırdı.
12:85Cüz 13 · s. 245

قَالُوا تَاللَّهِ تَفْتَأُ تَذْكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ الْهَالِكِينَ85

85. Onlar dedilər: “Allaha and olsun ki, Yusufu sən tez-tez yada sal­maqla axır­da ya əldən dü­şəcək, ya da öləcəksən”.
12:86Cüz 13 · s. 245

قَالَ إِنَّمَا أَشْكُو بَثِّي وَحُزْنِي إِلَى اللَّهِ وَأَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ86

86. O dedi: “Mən dərd-qə­mimi yal­nız Allaha açıb söylə­yirəm və Allahdan nazil olan vəhy sayə­sin­də sizin bilmədik­lərinizdən agah olu­ram.
12:87Cüz 13 · s. 246

يَا بَنِيَّ اذْهَبُوا فَتَحَسَّسُوا مِنْ يُوسُفَ وَأَخِيهِ وَلَا تَيْأَسُوا مِنْ رَوْحِ اللَّهِ ۖ إِنَّهُ لَا يَيْأَسُ مِنْ رَوْحِ اللَّهِ إِلَّا الْقَوْمُ الْكَافِرُونَ87

87. Ey oğullarım! Yusufdan və qar­da­şın­dan xəbər tutmaq üçün yo­la dü­şün, Alla­hın mər­həmə­tin­dən ümidinizi üz­mə­yin. Alla­hın mərhə­mə­tin­dən ancaq kafir adamlar ümid­lərini üzərlər”.
12:88Cüz 13 · s. 246

فَلَمَّا دَخَلُوا عَلَيْهِ قَالُوا يَا أَيُّهَا الْعَزِيزُ مَسَّنَا وَأَهْلَنَا الضُّرُّ وَجِئْنَا بِبِضَاعَةٍ مُزْجَاةٍ فَأَوْفِ لَنَا الْكَيْلَ وَتَصَدَّقْ عَلَيْنَا ۖ إِنَّ اللَّهَ يَجْزِي الْمُتَصَدِّقِينَ88

88. Onlar Yusufun yanına gir­dikdə dedilər: “Ey hökm­ sahibi! Biz və ailəmiz fə­lakətə uğ­ra­mı­şıq. Bir az mal gətir­mi­şik. Bizə bunların əvə­zində ölçünü tam elə və bizə sədəqə ver. Şüb­hə­siz ki, Allah sə­də­qə ve­rən­ləri mükafatlan­dı­rar”.
12:89Cüz 13 · s. 246

قَالَ هَلْ عَلِمْتُمْ مَا فَعَلْتُمْ بِيُوسُفَ وَأَخِيهِ إِذْ أَنْتُمْ جَاهِلُونَ89

89. O dedi: “Siz nadanlı­ğı­nız döv­rün­də Yusufa və qar­da­şına nə­lər et­di­yiniz yadınız­da­dırmı?”
12:90Cüz 13 · s. 246

قَالُوا أَإِنَّكَ لَأَنْتَ يُوسُفُ ۖ قَالَ أَنَا يُوسُفُ وَهَٰذَا أَخِي ۖ قَدْ مَنَّ اللَّهُ عَلَيْنَا ۖ إِنَّهُ مَنْ يَتَّقِ وَيَصْبِرْ فَإِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ90

90. Onlar dedilər: “Yoxsa sən özün Yusufsan?” O dedi: “Mən Yu­sufam, bu da qar­da­şımdır. Allah bizə mərhəmət etmişdir. Kim Allahdan qorxsa və səbir et­sə, bilsin ki, Allah yaxşı iş gö­rənlərin mü­kafatını puç etməz”.
12:91Cüz 13 · s. 246

قَالُوا تَاللَّهِ لَقَدْ آثَرَكَ اللَّهُ عَلَيْنَا وَإِنْ كُنَّا لَخَاطِئِينَ91

91. Onlar dedilər: “Allaha and olsun ki, Allah səni biz­dən üs­tün tutmuşdur. Biz isə gü­nahkar ol­muşuq”.
12:92Cüz 13 · s. 246

قَالَ لَا تَثْرِيبَ عَلَيْكُمُ الْيَوْمَ ۖ يَغْفِرُ اللَّهُ لَكُمْ ۖ وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ92

92. Yusuf dedi: “Bu gün siz qınanıl­ma­yacaqsınız. Allah si­zi ba­ğış­lasın! O, rəhm edən­lə­rin ən rəhmlisidir.
12:93Cüz 13 · s. 246

اذْهَبُوا بِقَمِيصِي هَٰذَا فَأَلْقُوهُ عَلَىٰ وَجْهِ أَبِي يَأْتِ بَصِيرًا وَأْتُونِي بِأَهْلِكُمْ أَجْمَعِينَ93

93. Bu köynəyimi aparıb ata­­mın üzü­nə atın, gözləri açıl­sın. Son­ra da bütün ailənizlə bir­lik­də yanıma gəlin”.
12:94Cüz 13 · s. 246

وَلَمَّا فَصَلَتِ الْعِيرُ قَالَ أَبُوهُمْ إِنِّي لَأَجِدُ رِيحَ يُوسُفَ ۖ لَوْلَا أَنْ تُفَنِّدُونِ94

94. Karvan Misir torpağın­dan ayrı­lan­da ataları dedi: “Mən, hə­qi­qə­tən də, Yu­sufun qo­xu­sunu hiss edirəm. Bircə mə­ni ağılsız say­ma­yaydınız”.
12:95Cüz 13 · s. 246

قَالُوا تَاللَّهِ إِنَّكَ لَفِي ضَلَالِكَ الْقَدِيمِ95

95. Onlar dedilər: “Allaha and olsun ki, sən hələ də öz köh­nə yan­lışlığından əl çəkmə­mi­sən”.
12:96Cüz 13 · s. 247

فَلَمَّا أَنْ جَاءَ الْبَشِيرُ أَلْقَاهُ عَلَىٰ وَجْهِهِ فَارْتَدَّ بَصِيرًا ۖ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ96

96. Müjdəçi gəlib köynəyi onun üzü­nə atan kimi gözləri açıldı və o dedi: “Məgər sizə de­məmiş­dimmi ki, mən Allah­dan gələn vəhy sayəsində sizin bil­mədikləri­nizi bilirəm?”
12:97Cüz 13 · s. 247

قَالُوا يَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا كُنَّا خَاطِئِينَ97

97. Onlar dedilər: “Ey ata­mız! Allah­dan bizim günahla­rımızın ba­ğışlan­ma­sı­nı dilə. Doğrudan da, biz günahkar olmuşuq”.
12:98Cüz 13 · s. 247

قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّي ۖ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ98

98. O dedi: “Mən Rəbbim­dən sizin üçün bağışlanma di­lə­yə­cə­yəm. Həqi­qə­tən, O, Bağış­la­yan­dır, Rəhmlidir”.
12:99Cüz 13 · s. 247

فَلَمَّا دَخَلُوا عَلَىٰ يُوسُفَ آوَىٰ إِلَيْهِ أَبَوَيْهِ وَقَالَ ادْخُلُوا مِصْرَ إِنْ شَاءَ اللَّهُ آمِنِينَ99

99. Onlar Yusufun yanına gəl­dikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Mi­sirə daxil olun!”
12:100Cüz 13 · s. 247

وَرَفَعَ أَبَوَيْهِ عَلَى الْعَرْشِ وَخَرُّوا لَهُ سُجَّدًا ۖ وَقَالَ يَا أَبَتِ هَٰذَا تَأْوِيلُ رُؤْيَايَ مِنْ قَبْلُ قَدْ جَعَلَهَا رَبِّي حَقًّا ۖ وَقَدْ أَحْسَنَ بِي إِذْ أَخْرَجَنِي مِنَ السِّجْنِ وَجَاءَ بِكُمْ مِنَ الْبَدْوِ مِنْ بَعْدِ أَنْ نَزَغَ الشَّيْطَانُ بَيْنِي وَبَيْنَ إِخْوَتِي ۚ إِنَّ رَبِّي لَطِيفٌ لِمَا يَشَاءُ ۚ إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ100

100. O, ata-anasını taxtın üs­tündə əy­ləşdirdi. Onlar ha­mısı onun qarşısında səcdə et­dilər. O dedi: “Atacan! Bu, çox­dankı yu­xumun yozumu­dur. Rəbbim onu gerçəkləş­dirdi. O mənə lütf etdi. O məni zindan­dan çıxart­dı və şeytan mə­nimlə qardaş­larımın ara­sına əda­vət sal­dıq­dan sonra sizi səhradan yanı­ma gə­tirdi. Şüb­hə­siz ki, Rəb­bim is­tə­diyinə qarşı lütf­kardır. Hə­qiqətən, O, Biləndir, Hikmət sahibidir.
12:101Cüz 13 · s. 247

۞ رَبِّ قَدْ آتَيْتَنِي مِنَ الْمُلْكِ وَعَلَّمْتَنِي مِنْ تَأْوِيلِ الْأَحَادِيثِ ۚ فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ أَنْتَ وَلِيِّي فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ تَوَفَّنِي مُسْلِمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ101

101. Ey Rəbbim! Sən mənə haki­miy­yət verdin və mənə yu­xu­la­rı yozmağı öyrətdin. Ey göy­ləri və yeri yaradan! Sən dün­yada da, axirətdə də mənim Himayədarım­san. Mənim ca­nı­mı mü­səlman ki­mi al və mə­ni əməlisalehlərə qovuşdur”.
12:102Cüz 13 · s. 247

ذَٰلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۖ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ أَجْمَعُوا أَمْرَهُمْ وَهُمْ يَمْكُرُونَ102

102. Bunlar sənə vəhy yolu ilə bil­dir­diyimiz qeyb xəbərlə­rin­dən­dir. Onlar hiylə quraraq işlərinə qərar verdikləri zaman sən on­la­rın yanında deyildin.
12:103Cüz 13 · s. 247

وَمَا أَكْثَرُ النَّاسِ وَلَوْ حَرَصْتَ بِمُؤْمِنِينَ103

103. Sən nə qədər çox is­tə­sən də, in­san­ların əksəriyyəti iman gə­tirən de­yil­dir.
12:104Cüz 13 · s. 248

وَمَا تَسْأَلُهُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ104

104. Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmir­sən. Bu Quran aləm­lər üçün ancaq bir öyüd-nəsihətdir.
12:105Cüz 13 · s. 248

وَكَأَيِّنْ مِنْ آيَةٍ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ105

105. Göylərdə və yerdə neçə-neçə də­lillər vardır ki, in­sanların ço­xu onların yanın­dan üz çevirib keçirlər.
12:106Cüz 13 · s. 248

وَمَا يُؤْمِنُ أَكْثَرُهُمْ بِاللَّهِ إِلَّا وَهُمْ مُشْرِكُونَ106

106. Onların çoxu ancaq şə­rik qoşa­raq Allaha iman gə­ti­rir.
12:107Cüz 13 · s. 248

أَفَأَمِنُوا أَنْ تَأْتِيَهُمْ غَاشِيَةٌ مِنْ عَذَابِ اللَّهِ أَوْ تَأْتِيَهُمُ السَّاعَةُ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ107

107. Məgər onlar Allahın hər şeyi bü­rü­­yən əzabının onları qap­lamayacağına və ya özləri də hiss etmədən o Saatın on­la­ra qəf­lə­tən gəlməyəcəyinə əmin­dirlər­mi?
12:108Cüz 13 · s. 248

قُلْ هَٰذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللَّهِ ۚ عَلَىٰ بَصِيرَةٍ أَنَا وَمَنِ اتَّبَعَنِي ۖ وَسُبْحَانَ اللَّهِ وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ108

108. De: “Bu, mənim yolum­dur. Mən və mənə tabe olan­lar, mö­tə­bər dəlillərə əsasən, in­san­­ları Allaha tərəf çağırırıq. Allah pakdır, mü­qəddəsdir. Mən də müş­riklərdən deyiləm”.
12:109Cüz 13 · s. 248

وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ مِنْ أَهْلِ الْقُرَىٰ ۗ أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۗ وَلَدَارُ الْآخِرَةِ خَيْرٌ لِلَّذِينَ اتَّقَوْا ۗ أَفَلَا تَعْقِلُونَ109

109. Biz səndən əvvəl də məm­ləkət əhlindən yalnız öz­lə­rinə vəhy etdiyi­miz kişi­lər­dən elçi göndər­dik. Məgər müş­­rik­lər yer üzün­də gəzib dolaşıb öz­lərindən əvvəlki­lərin aqibə­ti­nin necə ol­du­ğunu görmür­lər? Əlbəttə, Axirət yurdu Allah­­dan qorxanlar üçün daha xe­­yir­li­dir. Məgər anlamırsınız?
12:110Cüz 13 · s. 248

حَتَّىٰ إِذَا اسْتَيْأَسَ الرُّسُلُ وَظَنُّوا أَنَّهُمْ قَدْ كُذِبُوا جَاءَهُمْ نَصْرُنَا فَنُجِّيَ مَنْ نَشَاءُ ۖ وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ110

110. Elçilər hər dəfə ümidlə­ri­ni itir­dik­də və özlərinin ya­lan­çı he­sab edil­dik­lə­rini gü­man et­dikdə köməyimiz onlara gəlir və is­tə­di­yi­miz kəs də nicat ta­pır­dı. Gü­nahkar tayfadan əza­bı­mız əsla dəf olun­maz.
12:111Cüz 13 · s. 248

لَقَدْ كَانَ فِي قَصَصِهِمْ عِبْرَةٌ لِأُولِي الْأَلْبَابِ ۗ مَا كَانَ حَدِيثًا يُفْتَرَىٰ وَلَٰكِنْ تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لِقَوْمٍ يُؤْمِنُونَ111

111. Onların rəvayətlərində ağıl sa­hibləri üçün bir ibrət var­dır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özün­dən əv­vəl­ki­ləri təsdiqlə­yən və hər şeyi müfəssəl izah edən­dir; iman gə­ti­rən bir camaat üçün hidayət və mərhə­mətdir.

Surənin əvvəlindən oxut