Surə 12 · Cüz 12

Yusuf · 12:46

يُوسُفُ أَيُّهَا الصِّدِّيقُ أَفْتِنَا فِي سَبْعِ بَقَرَاتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعِ سُنْبُلَاتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَاتٍ لَعَلِّي أَرْجِعُ إِلَى النَّاسِ لَعَلَّهُمْ يَعْلَمُونَ

46. O, zindana gəlib dedi: “Ey Yusuf! Ey düz danışan kişi! Yed­di arıq inəyin yeddi kök inəyi yedi­yi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru sünbüllər barədə bizə xəbər ver. Ola bil­sin ki, mən o adamların yanına qayı­dım, bəlkə onlar da bilsinlər”.

Təfsir

Zindandan xilas olan gənc Yusifin yanına gəlib ona dedi: "Ey Yusuf! Ey düz danışan insan! Yuxuda yed­di arıq inəyin yeddi kök inəyi yedi­yini, həmçinin, yeddi yaşıl sünbül və yeddi quru sünbüllər görən kimsənin yuxusunun yozumunu bizə xəbər ver. Ola bil­sin ki, mən hökmdarın və onun yanında olan adamların yanına qayı­dım, bəlkə onlar da hökmdarın gördüyü yuxunun yozumunu bilsinlər və beləliklə də onlar sənin fəzilətini və dəyərini bilsinlər!"

Oxuyucuda aç - Surəni tam oxu