Surə 12 · Cüz 12
Yusuf · 12:45
وَقَالَ الَّذِي نَجَا مِنْهُمَا وَادَّكَرَ بَعْدَ أُمَّةٍ أَنَا أُنَبِّئُكُمْ بِتَأْوِيلِهِ فَأَرْسِلُونِ
45. O iki nəfərin edamdan qurtulanı, uzun müddətdən sonra xatırlayaraq dedi: “Mən sizə onun yozumunu bildirərəm. Bircə məni Yusufun yanına göndərin!”
Təfsir
Zindandan xilas olan o iki nəfərdən şərab paylayanı uzun bir müddətdən sonra Yusifin - aleyhissəlam - yuxu yoza bildiyini xatırlayıb dedi: "Mən hökmdarın gördüyü yuxunun yozumunu, yuxu yoza bilən bir kimsədən soruşduqdan sonra sizə xəbər verə bilərəm. Ey hökmdar! Gördüyün yuxunu yozmaq üçün məni Yusifin yanına göndərin!"