Surə 12 · Cüz 13
Yusuf · 12:96
فَلَمَّا أَنْ جَاءَ الْبَشِيرُ أَلْقَاهُ عَلَىٰ وَجْهِهِ فَارْتَدَّ بَصِيرًا ۖ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ
96. Müjdəçi gəlib köynəyi onun üzünə atan kimi gözləri açıldı və o dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allahdan gələn vəhy sayəsində sizin bilmədiklərinizi bilirəm?”
Təfsir
Yaqubu sevindirən müjdəçi gəlib Yusifin köynəyi Yaqubun üzünə atan kimi onun gözləri açılıb görməyə başladı və öz oğullarına belə dedi: "Məgər sizə, mən Allahın lütfü və ehsanından sizin bilmədiklərinizi bilirəm demədimmi?"