Surə 12 · Cüz 12
Yusuf · 12:33
قَالَ رَبِّ السِّجْنُ أَحَبُّ إِلَيَّ مِمَّا يَدْعُونَنِي إِلَيْهِ ۖ وَإِلَّا تَصْرِفْ عَنِّي كَيْدَهُنَّ أَصْبُ إِلَيْهِنَّ وَأَكُنْ مِنَ الْجَاهِلِينَ
33. Yusuf dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən, mən onlara meyl edər və cahillərdən olaram”.
Təfsir
Yusif - aleyhissəlam - Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Onların məni qorxuzduqları zindan, məndən tələb etdikləri murdar əməli etməkdən daha sevimlidir. Əgər Sən onların hiylələrini məndən uzaqlaşdırmasan, mən onlara meyl edər, beləliklə də onlara meyl etdiyimə və onların məndən istədiklərini yerinə yetirdiyimə görə cahillərdən olaram".