Surə 12 · Cüz 12
Yusuf · 12:17
قَالُوا يَا أَبَانَا إِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوسُفَ عِنْدَ مَتَاعِنَا فَأَكَلَهُ الذِّئْبُ ۖ وَمَا أَنْتَ بِمُؤْمِنٍ لَنَا وَلَوْ كُنَّا صَادِقِينَ
17. dedilər: “Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”.
Təfsir
Onlar dedilər: "Ey atamız! Biz qaçışıb-ötüşmək və ya ox atmaqda bir-birimizlə yarışmaq üçün getmişdik, Yusifi də libaslarımızı və azüqəmizi qoruyub saxlamaq üçün əşyalarımızın yanında qoymuşduq. Həmin vaxt canavar onu yedi. Əlbəttə, biz sənə başmıza gələn hadisəni olduğu kimi danışsaq da, sən bizə inanan deyilsən".