Surə 12 · Cüz 12
Yusuf · 12:18
وَجَاءُوا عَلَىٰ قَمِيصِهِ بِدَمٍ كَذِبٍ ۚ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنْفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ ۖ وَاللَّهُ الْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ
18. Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”.
Təfsir
Atalarına verdikləri xəbəri hiylə ilə təsdiqlədilər. Onlar atalarını Yusifi canavar yediyinə inandırmaq üçün Yusifin köynəyinə başqa bir qan ləkəsi sürtüb onu atalarına gətirdilər. Yəqub köynəyin cırılmadığını gördükdə onların yalan dediklərini başa düşərək onlara belə dedi: "Xeyr, həqiqət heç də sizin dediyiniz kimi deyildir. Əksinə, sizi öz nəfsiniz bu çirkin işi görməyə vadar etmişdir. İndi mənə Allaha asi olmadan gözəl səbir etmək vacibdir. Yusifə etdiyiniz bu əməl görə Allahdan yalnız mənə yardım etməsini diləyirəm!"