Surə 12 · Cüz 12

Yusuf · 12:19

وَجَاءَتْ سَيَّارَةٌ فَأَرْسَلُوا وَارِدَهُمْ فَأَدْلَىٰ دَلْوَهُ ۖ قَالَ يَا بُشْرَىٰ هَٰذَا غُلَامٌ ۚ وَأَسَرُّوهُ بِضَاعَةً ۚ وَاللَّهُ عَلِيمٌ بِمَا يَعْمَلُونَ

19. Quyunun yaxınlığına bir karvan gəldi və suçularını su da­lınca göndər­di­lər. O, su qa­bı­nı quyuya saldı və: “Şad xəbər! Burada bir oğ­lan uşağı var­!”– dedi. Karvan əhli onu satılacaq bir əşya kimi öz­ləri ilə apar­dı­lar. Allah isə on­la­rın nə et­dik­lərini bilirdi.

Təfsir

Quyunun yaxınlığına yoldan keşən bir qafilə gəldi, onlar özlərinə su gətirmək üçün su dalınca birini göndərdilər. O, su qabını quyuya saldı və bu zaman Yusif ipdən yapışdı, suçu Yusifi gördüncə sevinərək: "Şad xəbər! Burada bir oğlan uşağı vardır!" – dedi. Suçu və qafilədə olan bəziləri sanki onu satılacaq bir əşya kimi göstərərək qafilədə olan bəzi insanlardan onun quyudan tapdıqlarını gizlin saxladılar. Allah isə onların Yusifi satmaq niyyətlərini və onun başına nə oyunlar açdıqlarını daha yaxşı bilirdi. Onların etdikləri əməllərdən Allaha heç bir şey gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu