Surə 12 · Cüz 12

Yusuf · 12:20

وَشَرَوْهُ بِثَمَنٍ بَخْسٍ دَرَاهِمَ مَعْدُودَةٍ وَكَانُوا فِيهِ مِنَ الزَّاهِدِينَ

20. Karvan əhli onu dəyərsiz bir qiy­mətə – bir neçə dirhəmə sat­dı­lar. Yusu­fun qardaşları onu çox qiymətlən­dirmə­di­lər.

Təfsir

Suçu və qafilə əhli onu dəyərsiz bir qiy­mətə – bir neçə dirhəmə sat­dı­lar. Onlar tez bir zamanda Yusifdən canlarını qurtarmaq üçün onu ucuz bir qiymətə verdilər. Onlar Yusifin zahiri görnüşündən onun qul olmadığını bilirdilər. Elə buna görə də özləri üçün işin sonun pis qurtaracağından qorxdular. Yusifin onlarla birgə çox qalmaması da Allahın ona olan rəhmətinin tamamlığından idi.

Oxuyucuda aç - Surəni tam oxu