Surə 12 · Cüz 12

Yusuf · 12:21

وَقَالَ الَّذِي اشْتَرَاهُ مِنْ مِصْرَ لِامْرَأَتِهِ أَكْرِمِي مَثْوَاهُ عَسَىٰ أَنْ يَنْفَعَنَا أَوْ نَتَّخِذَهُ وَلَدًا ۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي الْأَرْضِ وَلِنُعَلِّمَهُ مِنْ تَأْوِيلِ الْأَحَادِيثِ ۚ وَاللَّهُ غَالِبٌ عَلَىٰ أَمْرِهِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

21. Onu alan misirli öz ar­va­­dına: “Ona yaxşı bax. Ola bil­sin ki, bizə fay­da versin və ya onu oğulluğa gö­tü­rək”– dedi. Belə­lik­lə, Yu­sufu yer üzün­də yerləşdir­dik və ona yuxuları yoz­ma­ğı öy­rət­dik. Allah Öz işi­ni qələbə ilə başa çatdıran­dır. Lakin insanların ço­xu bunu bil­mir.

Təfsir

Yusifi satın alan misirli kişi öz arvadına: "O bizim yanımızda olduğu müddətcə ona yaxşı bax, ona hörmət et. Ola bilsin ki, o, ehtiyacımız olan işlərdə bizə fayda versin, yaxud onu özümüzə oğulluğa götürək" – dedi. Biz Yusifi ölümdən qurtarıb, onu quyunun dibindən çıxardığımız kimi Misir padşahının Əziz ləqəbli vəzirinin qəlbini ona qarşı yumuşaq etdik və beləliklə də Biz Yusifə yuxu yozmağı öyrətmək üçün onu Misirdə yerləşdirdik. Allah Öz əmrini yerinə yetirməyə qadirdir. Allahın verdiyi əmr mütləq yerinə yetər. Kimsə Onu əsla hər hansı bir şeyə məcbur edə bilməz. Lakin insanların çoxu -onlar kafirlərdir- bunu bilməzlər.

Oxuyucuda aç - Surəni tam oxu