Surə 12 · Cüz 13
Yusuf · 12:65
وَلَمَّا فَتَحُوا مَتَاعَهُمْ وَجَدُوا بِضَاعَتَهُمْ رُدَّتْ إِلَيْهِمْ ۖ قَالُوا يَا أَبَانَا مَا نَبْغِي ۖ هَٰذِهِ بِضَاعَتُنَا رُدَّتْ إِلَيْنَا ۖ وَنَمِيرُ أَهْلَنَا وَنَحْفَظُ أَخَانَا وَنَزْدَادُ كَيْلَ بَعِيرٍ ۖ ذَٰلِكَ كَيْلٌ يَسِيرٌ
65. Onlar yüklərini açdıqda verdikləri mallarının da özlərinə qaytarıldığını görüb dedilər: “Ey atamız! Bizə daha nə lazımdır ki? Budur, sərmayəmiz özümüzə qaytarılıb. Biz ailəmizi ərzaqla təmin edər, qardaşımızı qoruyar və bir dəvə yükü artıq ərzaq alarıq. Bu isə satın aldığımızın az bir miqdarıdır”.
Təfsir
Onlar özləri ilə gətirdikləri ərzaq olan yüklərini açdıqda verdikləri mallarının da özlərinə qaytarıldığını görüb atalarına dedilər: "Bizə göstərilən belə bir hörmət və ehtiramdan sonra biz o hökmdardan daha nə istəyə bilərik ki?! Budur, hökmdar bizə hörmət edib ondan aldığımızərzaq müqabilində verdiyimiz malı özümüzə qaytarıb. Biz həmin pulla ailəmizi ərzaqla təmin edər, qardaşımızı qorxduğun şeydən qoruyar və onun bizimlə birgə olduğuna görə biz, bir dəvə də yükü artıq ərzaq alarıq. Bir dəvə artıq ərzaq vermək isə hökmdar üçün çox asan bir işdir".