Surə 12 · Cüz 13
Yusuf · 12:64
قَالَ هَلْ آمَنُكُمْ عَلَيْهِ إِلَّا كَمَا أَمِنْتُكُمْ عَلَىٰ أَخِيهِ مِنْ قَبْلُ ۖ فَاللَّهُ خَيْرٌ حَافِظًا ۖ وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ
64. O dedi: “Daha öncə qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah daha yaxşı qoruyur. O, rəhmlilərin ən rəhmlisidir”.
Təfsir
Ataları onlara dedi: "Daha öncə onun doğma qardaşı, Yusifi, sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi?! Mən Yusifi sizə etibar etdim, siz də onu qoruyacağınıza dair söz verdiniz, lakin siz verdiyiniz sözün üstündə durmadınız. Elə buna görə də onu qoruyacağınız barəsində verdiyiniz sözə inanmıram. Mənim inandığım yalnız Allahdır. O, qorumaq istədiklərini ən yaxşı qoruyandır və rəhm etmək istədiklərinə də ən yaxşı rəhm edəndir".