Surə 12 · Cüz 13
Yusuf · 12:63
فَلَمَّا رَجَعُوا إِلَىٰ أَبِيهِمْ قَالُوا يَا أَبَانَا مُنِعَ مِنَّا الْكَيْلُ فَأَرْسِلْ مَعَنَا أَخَانَا نَكْتَلْ وَإِنَّا لَهُ لَحَافِظُونَ
63. Onlar atalarının yanına qayıtdıqda dedilər: “Ey atamız! Daha bizə ərzaq verilməyəcək. Ölçüb ərzaq almaq üçün qardaşımızı bizimlə birlikdə göndər. Şübhəsiz ki, biz onu qoruyacağıq”.
Təfsir
Onlar atalarının yanına qayıtdıqda, Yusifin onlara gözəl bir şəkildə xidmət etdiyini danışaraq atalarına belə dedilər: "Atacan! Əgər qardaşımızı özümüzlə aparmasaq, bundan sonra bizə ərzaq verilməyəcək. Elə isə onu bizimlə göndər. Əgər sən onu bizimlə göndərsən, biz yenə də ərzaq ala bilərik. Şübhəsiz ki, biz onun sənə sağ-salamat qayıdana qədər qoruyacağımıza söz veririk".