Surə 12 · Cüz 13
Yusuf · 12:66
قَالَ لَنْ أُرْسِلَهُ مَعَكُمْ حَتَّىٰ تُؤْتُونِ مَوْثِقًا مِنَ اللَّهِ لَتَأْتُنَّنِي بِهِ إِلَّا أَنْ يُحَاطَ بِكُمْ ۖ فَلَمَّا آتَوْهُ مَوْثِقَهُمْ قَالَ اللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌ
66. Yaqub dedi: “Əhatə olunub çarəsiz qalmanız istisna olmaqla, onu yanıma gətirəcəyinizə dair Allaha and içməyincə onu sizinlə göndərməyəcəyəm”. Onlar and içdikdə Yaqub dedi: “Allah söylədiklərimizə Vəkildir”.
Təfsir
Ataları onlara belə dedi: "Ölüm hamınızı yaxalayıb, sizdən heç bir kimsə sağ-salamat qalmayıb, onu mənə geri qaytarmaq heç cür mümkün olmaması istisna olmaqla, onu qaytarıb yanıma gətirəcəyinizə dair Allaha and içməyincə qardaşınızı əsla sizinlə göndərməyəcəyəm". Onlar sidq ürəkdən Allaha and içib, atalarına söz verdikdə Yəqub onlara dedi: "Allah söylədiklərimizə şahiddir. Onun şahid olması bizə yetər".