Surə 12 · Cüz 13
Yusuf · 12:67
وَقَالَ يَا بَنِيَّ لَا تَدْخُلُوا مِنْ بَابٍ وَاحِدٍ وَادْخُلُوا مِنْ أَبْوَابٍ مُتَفَرِّقَةٍ ۖ وَمَا أُغْنِي عَنْكُمْ مِنَ اللَّهِ مِنْ شَيْءٍ ۖ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَعَلَيْهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ
67. O dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”.
Təfsir
Ataları onlara nəsihət edərək dedi: "Hamınız şəhərə bir qapıdan daxil olmayın, ayrı-ayrı qapılardan daxil olun. Bu, kiminsə sizə bir zərər vermək istədikdə, bəzilərinizin bu zərərdən salamat qalması üçün daha yaxşıdır. Mən bunu Allahın sizə zərər vermək istədiyi təqdirdə, sizi ondan qorumaq üçün və ya Allahın sizə istəmədiyi bir xeyiri sizə nəsib etmək üçün demirəm. Çünki hökm yalnız Allahındır. Allah nə qəza-qədər yazmışdırsa oda mütləq olacaqdır. Mən bütün işlərimdə tək Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də bütn işlərində ancaq Ona təvəkkül etsinlər".