Surə 12 · Cüz 13
Yusuf · 12:68
وَلَمَّا دَخَلُوا مِنْ حَيْثُ أَمَرَهُمْ أَبُوهُمْ مَا كَانَ يُغْنِي عَنْهُمْ مِنَ اللَّهِ مِنْ شَيْءٍ إِلَّا حَاجَةً فِي نَفْسِ يَعْقُوبَ قَضَاهَا ۚ وَإِنَّهُ لَذُو عِلْمٍ لِمَا عَلَّمْنَاهُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
68. Atalarının onlara əmr etdiyi yerlərdən daxil olmalarının Allah yanında onlar üçün heç bir faydası olmadı, lakin bu, Yaqubun nəfsindəki bir istək idi ki, onu da yerinə yetirdi. Həqiqətən də, o, elm sahibi idi, çünki onu Biz öyrətmişdik. Lakin insanların çoxu bunu bilmir.
Təfsir
Nəhayət, onlar Yusifin doğma qardaşını da özləri ilə götürüb yola düşdülər. Atalarının onlara əmr etdiyi kimi şəhərə ayrı-ayrı qapılardan daxil olsalar da, onların şəhərə ayrı-ayrı qapılardan daxil olması Allahın qədərindən onlara heç bir faydası olmadı, lakin bu, Yaqubun qəlbində övladlarına qarşı olan bir şəfqət hissi idi ki, o, bunu büruzə verib və övladlarına şəhərə ayrı-ayrı qapılardan daxil olmalarını nəsihət etdi. Yaqub, Allahın yazdığı qədərdən başqa heç bir qədərin olmadığını yaxşı bilirdi. Çünki o, ona öyrətdiyimiz qədərə iman etməyi və səbəblərdən tutmağı bilirdi. Lakin insanların çoxu bunu bilməzlər!.