Surə 12 · Cüz 13

Yusuf · 12:69

وَلَمَّا دَخَلُوا عَلَىٰ يُوسُفَ آوَىٰ إِلَيْهِ أَخَاهُ ۖ قَالَ إِنِّي أَنَا أَخُوكَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا يَعْمَلُونَ

69. Onlar Yusufun yanına daxil ol­duqda o, qardaşını bərk-bərk qucaq­la­yıb dedi: “Mən sə­nin qar­da­şınam. On­la­rın tut­duq­ları iş­lə­rə görə kədər­lənmə”.

Təfsir

Yusifin qardaşları, Yusifin doğma qardaşı ilə onun yanına daxil ol­duqda, Yusif doğma qardaşını qucaq­la­yıb gizlincə ona dedi: "Mən sə­nin doğma qar­da­şın, Yusifəm. Qardaşlarının bizə əziyyət vermələri, bizə kin bəsləmələri və məni quyuya atmaları kimi səfeh, ağılsız hərəkətlərinə görə kədər­lənmə!".

Oxuyucuda aç - Surəni tam oxu