Surə 12 · Cüz 13
Yusuf · 12:70
فَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ جَعَلَ السِّقَايَةَ فِي رَحْلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا الْعِيرُ إِنَّكُمْ لَسَارِقُونَ
70. Yusuf onları azuqə ilə təmin edərkən qardaşının yükünün içinə bir piyalə qoydu. Sonra bir carçı qışqırıb dedi: “Ey karvan əhli! Siz oğrusunuz!”
Təfsir
Yusif xidəmtçilərinə qardaşlarının dəvələrinə azuqə yükləməyi əmr etdikdə hökmdarın azuqə tələb edən kimsələr üçün əzuqə ölçən piyaləsini, qardaşları hiss etmədən kiçik qardaşının öz yanında qalması üçün onun yükünün içinə qoydu. Onlar tərpənib atalarının yanına qayıtmaq istədikdə, arxalarınca bir carçı qışqırıb dedi: "Ey azuqə ilə yüklənmiş karvan sahibləri! Siz oğrusunuz!".