Surə 12 · Cüz 13
Yusuf · 12:77
۞ قَالُوا إِنْ يَسْرِقْ فَقَدْ سَرَقَ أَخٌ لَهُ مِنْ قَبْلُ ۚ فَأَسَرَّهَا يُوسُفُ فِي نَفْسِهِ وَلَمْ يُبْدِهَا لَهُمْ ۚ قَالَ أَنْتُمْ شَرٌّ مَكَانًا ۖ وَاللَّهُ أَعْلَمُ بِمَا تَصِفُونَ
77. Onlar dedilər: “Əgər piyaləni o oğurlayıbsa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusuf bunu öz içində gizlədib onlara açıb söyləmədi və öz-özünə: “Siz daha pis mövqedəsiniz. Allah sizin nə dediyinizi çox yaxşı bilir”– dedi.
Təfsir
Yusifin qardaşları dedilər: "Əgər o oğurlayıbsa, burada təəccüblü bir şey yoxdur, bundan əvvəl onun qardaşı da oğurluq etmişdi". Onlar bu sözlə Yusifi -Əleyhis-salam- qəsd edirdilər. Yusuf onların söylədikləri bu sözün acısını içində gizlədib onlara büruzə vermədi və öz-özünə: "Siz etdiyiniz həsəd və pis əməllərinizə görə Allah qatında daha pis mövqeydəsiniz. Uca Allah mənə yaxdığınız bu iftiranı daha yaxşı biləndir" – dedi.