Surə 12 · Cüz 13

Yusuf · 12:100

وَرَفَعَ أَبَوَيْهِ عَلَى الْعَرْشِ وَخَرُّوا لَهُ سُجَّدًا ۖ وَقَالَ يَا أَبَتِ هَٰذَا تَأْوِيلُ رُؤْيَايَ مِنْ قَبْلُ قَدْ جَعَلَهَا رَبِّي حَقًّا ۖ وَقَدْ أَحْسَنَ بِي إِذْ أَخْرَجَنِي مِنَ السِّجْنِ وَجَاءَ بِكُمْ مِنَ الْبَدْوِ مِنْ بَعْدِ أَنْ نَزَغَ الشَّيْطَانُ بَيْنِي وَبَيْنَ إِخْوَتِي ۚ إِنَّ رَبِّي لَطِيفٌ لِمَا يَشَاءُ ۚ إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ

100. O, ata-anasını taxtın üs­tündə əy­ləşdirdi. Onlar ha­mısı onun qarşısında səcdə et­dilər. O dedi: “Atacan! Bu, çox­dankı yu­xumun yozumu­dur. Rəbbim onu gerçəkləş­dirdi. O mənə lütf etdi. O məni zindan­dan çıxart­dı və şeytan mə­nimlə qardaş­larımın ara­sına əda­vət sal­dıq­dan sonra sizi səhradan yanı­ma gə­tirdi. Şüb­hə­siz ki, Rəb­bim is­tə­diyinə qarşı lütf­kardır. Hə­qiqətən, O, Biləndir, Hikmət sahibidir.

Təfsir

Yusif ata-anasını özü əyləşdiyi taxtın üs­tündə əy­ləşdirdi. Atası, anası və on bir qardaşı Yusifi salamlamaq üçün ha­mısı onun qarşısında səcdə et­dilər. Bu səcdə, heç də ibadət məqsədi ilə edilən səcdə deyildi, lakin Yusifin yuxuda gördüyü kimi Allahın əmrini gerçəkləçdirmək üçün edilən bir səcdə idi. Elə buna görə də Yusif – Aleyhissəlam – atasına belə dedi: "Sizin mənə səcdə edərək məni salamlamağınız, bundan öncə gördüyüm və sənə danışdığım yuxumun yozumu­dur. Artıq Rəbbim o yuxunun həyatda baş verməsini gerçəkləş­dirdi. Şeytan mə­nimlə qardaş­larımın ara­sına əda­vət sal­dıq­dan sonra məni zindan­dan çıxart­maqla və sizi səhradan yanı­ma gə­tirməklə Rəbbim mənə lütf etdi. Şüb­hə­siz ki, Rəb­bim is­tə­diyi şeyi idarə etməsində lütf sahibidir. Hə­qiqətən, O, qullarının olduqları halı daha yaxşı biləndir və işləri idarə etməsində də hikmət sahibidir!"

Oxuyucuda aç - Surəni tam oxu