Surə 12 · Cüz 13
Yusuf · 12:101
۞ رَبِّ قَدْ آتَيْتَنِي مِنَ الْمُلْكِ وَعَلَّمْتَنِي مِنْ تَأْوِيلِ الْأَحَادِيثِ ۚ فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ أَنْتَ وَلِيِّي فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ تَوَفَّنِي مُسْلِمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ
101. Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur”.
Təfsir
Sonra Yusif Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Sən mənə Misirin mülklünü bəxş etdin və mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri misilsiz xəlq edən! Dünyada da, axirətdə də bütün işlərimə hamilik edən Sənsən. Ömrüm sona çatdıqda və əcəlim yetişdikdə, canımı müsəlman olduğum halda al və məni Cənnətin ən üstün təbəqəsi olan Firdovsda atalarımdan və başqalarında olan saleh peyğəmbərlərə qovuşdur!"