Surə 12 · Cüz 13
Yusuf · 12:102
ذَٰلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۖ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ أَجْمَعُوا أَمْرَهُمْ وَهُمْ يَمْكُرُونَ
102. Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin.
Təfsir
Ey Peyğəmbər! Biz Yusif və onun qardaşlarının bu hekayətini sənə vəhy yolu ilə bildirdik. Halbuki sənin, onların bu hekayətləri barədə heç bir elmin yox idi. Həmçinin də, Yusifin qardaşları ona qarşı hiylə qurub, onu quyunun dibinə atdıqları zaman sən onların yanlarında deyildin. Lakin bunların sənə Biz vəhy edərək bildirdik.