Surə 12 · Cüz 13
Yusuf · 12:99
فَلَمَّا دَخَلُوا عَلَىٰ يُوسُفَ آوَىٰ إِلَيْهِ أَبَوَيْهِ وَقَالَ ادْخُلُوا مِصْرَ إِنْ شَاءَ اللَّهُ آمِنِينَ
99. Onlar Yusufun yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!”
Təfsir
Yaqub və onun ailəsi yaşadıqları torpaqlardan çıxıb Yusifi görmək üçün Misirə gəldilər. Onlar Yusufun yanına gəldikdə o, ata-anasını qucaqlayıb, qardaşlarına və onlların ailələrinə dedi: "Allahın istəyi ilə əmin-amanlıq içində Misirə daxil olun, burada sizə heç bir əziyyət verilməz!"