Surə 12 · Cüz 13

Yusuf · 12:83

قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنْفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ ۖ عَسَى اللَّهُ أَنْ يَأْتِيَنِي بِهِمْ جَمِيعًا ۚ إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ

83. Yaqub dedi: “Xeyr, si­zin nəfsiniz sizi bu işə sövq etdi. Mənə isə yaxşı səbir gə­rəkdir. Ola bilsin ki, Allah on­ların ha­mı­sını mənə qay­tarsın. Həqi­qə­tən də, O, Biləndir, Hikmət sahibidir”.

Təfsir

Ataları onlara dedi: "Onun oğurluq etməsi barədə dedikləriniz heç də həqiqətə uyğun deyil. Əksinə, nəfsiniz sizi aldadıb, bundan əvvəl qardaşı Yusifə hiylə qurmağa sövq etdirdiyi kimi sizi ona da qarşı hiylə qurmağa sövq etdirib. Şikayətim yalnız Allahadır. Ola bilsin ki, Allah, Yusifi, onun doğma qardaşını və onların böyük qardaşlarını - ha­mı­sını birlikdə, mənə qay­tarsın. Həqi­qə­tən də, O, mənim düşdüyüm halı biləndir və işlərimi idarə etməkdə hikmət sahibidir!"

Oxuyucuda aç - Surəni tam oxu