Surə 12 · Cüz 13

Yusuf · 12:84

وَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَا أَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَابْيَضَّتْ عَيْنَاهُ مِنَ الْحُزْنِ فَهُوَ كَظِيمٌ

84. Yaqub onlardan üz dön­dərdi və: “Heyif Yusufdan!”– dedi. Kə­dərdən onun gözlə­ri­nə ağ gəldi. O, dərdini öz içində saxlayırdı.

Təfsir

Yaqub onlardan üz çevirərək uzaqlaşdı və: "Ey Yusifə olan şiddətli hüznüm!" – dedi. Yaqubun Yusif üçün ağlamaqdan gözlə­ri­nin qarası ağardı. O, hüzn və dərd-qəm içində olmasına rəğmən bunu öz içində saxlayıb insanlara bildirmirdi.

Oxuyucuda aç - Surəni tam oxu