Surə 12 · Cüz 13
Yusuf · 12:85
قَالُوا تَاللَّهِ تَفْتَأُ تَذْكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ الْهَالِكِينَ
85. Onlar dedilər: “Allaha and olsun ki, Yusufu sən tez-tez yada salmaqla axırda ya əldən düşəcək, ya da öləcəksən”.
Təfsir
Yusifin qardaşları atalarına dedilər: "Ey atamız! Allaha and olsun ki, Yusifi tez-tez yada salıb, onun dərdinə acımaqla axırda sən ya xəstələnəcəksən ya da ki, taqətdən düşüb öləcəksən!".