Surə 12 · Cüz 13
Yusuf · 12:110
حَتَّىٰ إِذَا اسْتَيْأَسَ الرُّسُلُ وَظَنُّوا أَنَّهُمْ قَدْ كُذِبُوا جَاءَهُمْ نَصْرُنَا فَنُجِّيَ مَنْ نَشَاءُ ۖ وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ
110. Elçilər hər dəfə ümidlərini itirdikdə və özlərinin yalançı hesab edildiklərini güman etdikdə köməyimiz onlara gəlir və istədiyimiz kəs də nicat tapırdı. Günahkar tayfadan əzabımız əsla dəf olunmaz.
Təfsir
Qövmlərinə göndərdiyimiz peyğəmbərlərin düşmənlərinə möhlət verdik və onların azğınlıqlarını daha da artırmaq üçün onlara əzab verməyə tələsmədik. Beləki, onların həlakı gecikdəkdə, peyğəmbərləri onların həlak olacaqlarından ümüdlərini itirdikdə, kafirlər də özlərinə göndərilən peyğəmbərlərin yalançılara vəd etdikləri əzabın və möminlərin xilas olmasını yalan olduğunu zənn etdiklərində, elçilərimizə yardımımız gəldi. Biz elçiləri və möminləri yalan sayanlara gələn əzabdan qurtardıq. Günahkar bir qövmə əzabımız gəldikdə isə bunu onlardan kimsə əsla dəf edə bilməz!