Surə 12 · Cüz 13

Yusuf · 12:109

وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ مِنْ أَهْلِ الْقُرَىٰ ۗ أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۗ وَلَدَارُ الْآخِرَةِ خَيْرٌ لِلَّذِينَ اتَّقَوْا ۗ أَفَلَا تَعْقِلُونَ

109. Biz səndən əvvəl də məm­ləkət əhlindən yalnız öz­lə­rinə vəhy etdiyi­miz kişi­lər­dən elçi göndər­dik. Məgər müş­­rik­lər yer üzün­də gəzib dolaşıb öz­lərindən əvvəlki­lərin aqibə­ti­nin necə ol­du­ğunu görmür­lər? Əlbəttə, Axirət yurdu Allah­­dan qorxanlar üçün daha xe­­yir­li­dir. Məgər anlamırsınız?

Təfsir

Ey Peyğəmbər! Biz səndən əvvəl də mələklərdən deyil insanlardan olan neçə-neçə peyğəmbərlər göndər­dik. Biz sənə vəhy etdiyimiz kimi onlarada vəhy etdik. Onlar heç də səhrada yaşanan bədəvi insanlardan deyildilər, əksinə, elə şəhərdə yaşayan insanlardan idilər. Buna rəğmən qövmü onları yalançı saydı. Biz də buna görə onları məhv etdik. Məgər səni yalançı sayan o kimsələr yer üzün­də gəzib-dolaşıb öz­lərindən öncəkilərin peyğəmbərləri yalan saydıqlarına görə onların sonunun necə ol­du­ğunu görüb və bundan bir ibrət almırlar?! Əlbəttə, Axirət yurdunda olan nemətlər, dünya həyatında Allah­­dan qorxan təqva sahibləri üçün daha xe­­yir­li­dir. Məgər siz Allahın əmrlərini yerinə yetirib -bunun ən əzəmətlisi Uca Allaha iman gətirməkdir- qadağalarından çəkinərək -bunun ən böyükü Allaha şərik qoşmaqdır- Allahdan qorxmağın sizin üçün daha xeyirli olduğunu anlamırsınızmı?!

Oxuyucuda aç - Surəni tam oxu