Surə 12 · Cüz 13

Yusuf · 12:108

قُلْ هَٰذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللَّهِ ۚ عَلَىٰ بَصِيرَةٍ أَنَا وَمَنِ اتَّبَعَنِي ۖ وَسُبْحَانَ اللَّهِ وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ

108. De: “Bu, mənim yolum­dur. Mən və mənə tabe olan­lar, mö­tə­bər dəlillərə əsasən, in­san­­ları Allaha tərəf çağırırıq. Allah pakdır, mü­qəddəsdir. Mən də müş­riklərdən deyiləm”.

Təfsir

Ey Peyğəmbər! Dəvət etdiyin kimsələrə de: "Bu mənim, insanları açiq-aydın dəlil və sübutlarla dəvə etdiyim yolumdur. Mənə tabe olan­lar da, mənim yolumu tutub gedənlər də, mənim sünnəmə riayət edənlər də, bu yola dəvə edərlər. Allah pak və müqəddəsdir, Ona nisbət edilən, Onun cəlalına layiq olmayan və kamalına zidd olan nöqsanlardan uzaqdır. Mən Allaha şərik qoşanlardan deyiləm. Əksinə mən, tək Allaha ibadət edən kimsələrdənəm!"

Oxuyucuda aç - Surəni tam oxu