Surə 12 · Cüz 13

Yusuf · 12:111

لَقَدْ كَانَ فِي قَصَصِهِمْ عِبْرَةٌ لِأُولِي الْأَلْبَابِ ۗ مَا كَانَ حَدِيثًا يُفْتَرَىٰ وَلَٰكِنْ تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لِقَوْمٍ يُؤْمِنُونَ

111. Onların rəvayətlərində ağıl sa­hibləri üçün bir ibrət var­dır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özün­dən əv­vəl­ki­ləri təsdiqlə­yən və hər şeyi müfəssəl izah edən­dir; iman gə­ti­rən bir camaat üçün hidayət və mərhə­mətdir.

Təfsir

Peyğəmbərlərin, onların ümmətlərinin həmçinin Yusifin və onun qardaşlarının rəvayətlərində sağlam ağıl sa­hiblərinin ibrət almaları üçün öyüd-nəsihətlər var­dır. Quranda, Allah adından yalan və ya uydurulmuş bir kəlam əsla ola bilməz. Lakin o, Allah tərəfindən nazil edilən səmavi kitabları təsdiqlə­yən, şəri əhkamlardan və hökmlərdən qulların açıqlamasına ehtiyac duyulan hər şeyi təfsilatlı bir şəkildə izah edən, hər bir xeyirə yönəldən və ona iman gətirən qövmə bir rəhmərdir. Çünki məhz bu kimsələr, Quranda olanlardan faydalanan kimsələrdir.

Oxuyucuda aç - Surəni tam oxu