Surə 13 · Cüz 13

Ar-Ra'd · 13:1

المر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ ۗ وَالَّذِي أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ الْحَقُّ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ

1. Əlif. Ləm. Mim. Ra. Bun­lar Kitab­ın ayələridir. Rəbbin­dən sə­nə nazil edilən həqi­qət­dir, lakin in­sanların çoxu buna inanmır.

Təfsir

﴾Əlif. Ləm. Mim. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Ey Peyğəmbər! Bu surədə olan uca ayələr və Allahın sənə nazil etdiyi bu Quran özündə heç bir şəkk-şübhəyə yer olmayan bir kitabdır. Onun Allah tərəfindən olmasına şəkk-şübhə yoxdur. Lakin in­sanların çoxu inadkarlıq və təkəbbürlük edərək ona iman etməzlər.

Oxuyucuda aç - Surəni tam oxu