Surə 12 · Cüz 13
Yusuf · 12:55
قَالَ اجْعَلْنِي عَلَىٰ خَزَائِنِ الْأَرْضِ ۖ إِنِّي حَفِيظٌ عَلِيمٌ
55. Yusuf dedi: “Bu yerin xəzinələrini qorumağı mənə tapşır. Çünki mən qoruyanam, bu işi bilənəm”.
Təfsir
Yusif Hökmdara dedi: "Misir diyarınada xəzinələrini və azuqələrin qorunmasını mənə tapşır. Çünki mən özümə etibar edilən, mal-dövləti qoruyanam və mənə həvalə edilən işləri idarə edilməsini bilənəm".