Surə 12 · Cüz 13
Yusuf · 12:56
وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي الْأَرْضِ يَتَبَوَّأُ مِنْهَا حَيْثُ يَشَاءُ ۚ نُصِيبُ بِرَحْمَتِنَا مَنْ نَشَاءُ ۖ وَلَا نُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ
56. Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik.
Təfsir
Biz Yusifi ona atılan böhtandan təmizə çıxarıb, zindandan xilas edərək ona nemətimizdən bəxş etdik. Eləcə də onu, Misir diyarında bərqərar edib nemətimizdən ona bəxş etdik. Beləliklə, o, Misirdə könlü istədiyi yerə gedib, orada qala bilirdi. Biz dünyada istədiyimiz qulumuza Öz mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsla zay etmirik, əksinə, onların mükafatını əskidilmədən, kamil bir şəkildə veririk.