Surə 12 · Cüz 13

Yusuf · 12:54

وَقَالَ الْمَلِكُ ائْتُونِي بِهِ أَسْتَخْلِصْهُ لِنَفْسِي ۖ فَلَمَّا كَلَّمَهُ قَالَ إِنَّكَ الْيَوْمَ لَدَيْنَا مَكِينٌ أَمِينٌ

54. Padşah dedi: “Onu ya­nı­ma gə­ti­rin! Onu özümə yaxın adam edə­cəyəm”. Onunla söh­bət etdikdə: “Sən bu gün ya­nı­mızda yük­sək mə­qam sahibi, etibarlı bir adamsan”– dedi.

Təfsir

Hökmdar Yusufun ona yaxılan iftiradan təmiz çıxdığını, üstəlik, onun elm sahibi olduğunu bildikdən sonra, öz əyanlarına dedi: "Onu mənim ya­nı­ma gə­ti­rin! Onu özümə məsləhətçi edə­cəyəm". Hökmdar Yusufla söh­bət edib, onun elmindən və ağlından agah olduqdan sonra, Yusufa: "Ey Yusuf: Sən bu gündən etibarən bizim ya­nı­mızda yük­sək mə­qam sahibi və etibarlı bir insan oldun" – dedi.

Oxuyucuda aç - Surəni tam oxu