Surə 12 · Cüz 13
Yusuf · 12:53
۞ وَمَا أُبَرِّئُ نَفْسِي ۚ إِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ إِلَّا مَا رَحِمَ رَبِّي ۚ إِنَّ رَبِّي غَفُورٌ رَحِيمٌ
53. Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”.
Təfsir
Əzizin arvadı sözünə davam edib dedi: "Mən günaha meyil etdiyimə görə özümə bəraət qazandırıb, nəfsimi təmizə çıxarmaq istəmirəm. Çünki, Allahın rəhm edib pis əməllərdən qoruduğu kəslər müstəsna olmaqla, insanın nəfsi daim ona istədiyi şeylərə meyil etdirir və nəfsi də bu şeylərdən çəkindirmək çox çətindir. Həqiqətən, Rəbbim Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir".