Surə 12 · Cüz 13
Yusuf · 12:59
وَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ قَالَ ائْتُونِي بِأَخٍ لَكُمْ مِنْ أَبِيكُمْ ۚ أَلَا تَرَوْنَ أَنِّي أُوفِي الْكَيْلَ وَأَنَا خَيْرُ الْمُنْزِلِينَ
59. Yusuf onların ərzaq yüklərini hazırlayarkən dedi: “Atabir qardaşınızı yanıma gətirin! Məgər görmürsünüz ki, mən ölçüyə tam riayət edirəm və mən qonaqpərvərlərin ən yaxşısıyam?
Təfsir
Yusif onların istədikləri ərzaq və azuqə yüklərini verdi. Onlar, özlərinin atabir qardaşları olduğunu, lakin həmən qardaşın atalarının yanında qaldığını Yusifə xəbər verdikdən sonra, Yusif onlara dedi: "Atabir qardaşınızı yanıma gətirin ki, sizə daha bir dəvə əlavə ərzaq və azuqə verim! Məgər mənim ölçüyə tam riayət etdiyimi, heç bir əskiklik etmədiyimi və mənim qonaq qarşılayanların ən yaxşısı olduğumu görmürsünüz?!