Surə 12 · Cüz 13
Yusuf · 12:58
وَجَاءَ إِخْوَةُ يُوسُفَ فَدَخَلُوا عَلَيْهِ فَعَرَفَهُمْ وَهُمْ لَهُ مُنْكِرُونَ
58. Yusufun qardaşları Misirə gəlib onun yanına daxil oldular. Yusuf onları tanıdı, onlar isə onu tanımadılar.
Təfsir
Yusifin qardaşları öz yükləri ilə Misir torpağlarına gəlib onun yanına daxil oldular. Yusif o saat onların öz qardaşları olduqlarını bildi, onlar isə uzun bir vaxt ötdüyündən, həm də Yusifin zahiri görünüşü dəyişdiyi səbəbindən onun öz qardaşları olduğunu bilmədilər. Çünki onlar Yusifi quyuya atdıqları zaman o, kiçik bir uşaq idi.