Surə 12 · Cüz 13
Yusuf · 12:81
ارْجِعُوا إِلَىٰ أَبِيكُمْ فَقُولُوا يَا أَبَانَا إِنَّ ابْنَكَ سَرَقَ وَمَا شَهِدْنَا إِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَافِظِينَ
81. Atanızın yanına qayıdın və deyin: “Ey atamız! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik etdik. Biz qeybi bilənlər deyilik.
Təfsir
Böyük qardaş dedi: "Atanızın yanına qayıdın və ona deyin: "Oğlun oğurluq etdi və Misirin hökmdarı onu, oğurluq etdiyinə görə cəza olaraq öz yanında kölə etdi. Biz ancaq yükü arasından çıxan piyaləni gördüyümüzə şahidlik edib xəbər verdik. Biz onun oğurluq edəcəyini bilmirdik. Əgər bilsəydik onu geri qaytarmağımıza dair sənə söz verməzdik.