Surə 12 · Cüz 13
Yusuf · 12:80
فَلَمَّا اسْتَيْأَسُوا مِنْهُ خَلَصُوا نَجِيًّا ۖ قَالَ كَبِيرُهُمْ أَلَمْ تَعْلَمُوا أَنَّ أَبَاكُمْ قَدْ أَخَذَ عَلَيْكُمْ مَوْثِقًا مِنَ اللَّهِ وَمِنْ قَبْلُ مَا فَرَّطْتُمْ فِي يُوسُفَ ۖ فَلَنْ أَبْرَحَ الْأَرْضَ حَتَّىٰ يَأْذَنَ لِي أَبِي أَوْ يَحْكُمَ اللَّهُ لِي ۖ وَهُوَ خَيْرُ الْحَاكِمِينَ
80. Ondan ümidlərini kəsdikdə məsləhətləşmək üçün bir kənara çəkildilər. Onların böyüyü dedi: “Atanızın sizə Allaha and içdirməsi, bundan əvvəl də Yusufa qarşı haqsızlıq etdiyiniz yadınızdadırmı? Atam mənə izin verməyincə və ya mənə aid Allah hökm verməyincə, mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən yaxşısıdır.
Təfsir
Onlar Yusifdən istədiklərini ala bilməyəcəklərindən ümüdlərini kəsdikdə, öz aralarında məsləhətləşmək üçün insanlardan uzaqlaşıb bir kənara çəkildilər. Onların böyük qardaşları dedi: "Mən sizə atanızın: "Ölüm hamınızı yaxalayıb, sizdən heç bir kimsə sağ-salamat qalmayıb, onu mənə geri qaytarmaq heç cür mümkün olmaması istisna olmaqla, onu qaytarıb yanıma gətirəcəyinizə dair Allaha and içməyincə qardaşınızı əsla sizinlə göndərməyəcəyəm" – deyərək sizdən Allah adına əhd aldığını və bundan əvvəl də Yusifə qarşı haqsızlıq etdiyinizi xatırlatmaq istəyirəm. Siz atanıza verdiyinmi sözü yerinə yetirmədiniz. Atam mənə geri dönməyə izin verməyincə və ya Allah mənə qardaşımı hökmdardan geri almağa hökm verməyincə, mən Misir torpaqlarından heç bir yerə getməyəcəyəm. Allah, hökm verənlərin ən xeyirlisidir. O, haqq və ədalət ilə hökm verir!"