Surə 12 · Cüz 13

Yusuf · 12:88

فَلَمَّا دَخَلُوا عَلَيْهِ قَالُوا يَا أَيُّهَا الْعَزِيزُ مَسَّنَا وَأَهْلَنَا الضُّرُّ وَجِئْنَا بِبِضَاعَةٍ مُزْجَاةٍ فَأَوْفِ لَنَا الْكَيْلَ وَتَصَدَّقْ عَلَيْنَا ۖ إِنَّ اللَّهَ يَجْزِي الْمُتَصَدِّقِينَ

88. Onlar Yusufun yanına gir­dikdə dedilər: “Ey hökm­ sahibi! Biz və ailəmiz fə­lakətə uğ­ra­mı­şıq. Bir az mal gətir­mi­şik. Bizə bunların əvə­zində ölçünü tam elə və bizə sədəqə ver. Şüb­hə­siz ki, Allah sə­də­qə ve­rən­ləri mükafatlan­dı­rar”.

Təfsir

Onlar atalarının əmrini yerinə yetirdilər və beləliklə də, Yusifi və onun qardaşını axtarmaq üçün yola çıxdılar. Nəhayət, Yusifin yanına daxil olduqda, ona belə dedilər: "Bizə qıtlıq, aclıq üz vermişdir. Biz sənin yanına çox az və dəyərsiz bir mal ilə gəl­mi­şik. Sən isə bizə bunun əvə­zində bundan əvvəl ölçünü tam çəkib azuqə verdiyin kimi, yenə də bizə ölçünü tam çəkib azuqə ver. Gətirdiyimiz dəyərsiz mala fikir vermədən bizə azuqəni artıq etməklə sədəqə et. Şüb­hə­siz ki, Uca Allah sə­də­qə ve­rən­ləri mükafatını ən gözəl şəkildə verər!".

Oxuyucuda aç - Surəni tam oxu