Surə 12 · Cüz 13
Yusuf · 12:87
يَا بَنِيَّ اذْهَبُوا فَتَحَسَّسُوا مِنْ يُوسُفَ وَأَخِيهِ وَلَا تَيْأَسُوا مِنْ رَوْحِ اللَّهِ ۖ إِنَّهُ لَا يَيْأَسُ مِنْ رَوْحِ اللَّهِ إِلَّا الْقَوْمُ الْكَافِرُونَ
87. Ey oğullarım! Yusufdan və qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini üzərlər”.
Təfsir
Ataları onlara belə dedi: "Ey oğullarım! Gedin Yusifdən və qardaşından bir xəbər öyrənin, Uca Allahın qullarından qəm-qüssəni aparmasından və işlərini asanlaşdırmasından ümidinizi əsla üzməyin. Şübhəsiz ki, Allahın, qullarından qəm-qüssəni aparıb və işlərini asanlaşdırmasından ancaq kafir olan bir qövm ümidini üzər. Çünki kafirlər, Allahın qüdrətinin böyüklüyündən bixəbərdirlər və Allahın Öz qullarına olan fəziləti onlara gizlin qalmışdır!"