Surə 12 · Cüz 12
Yusuf · 12:51
قَالَ مَا خَطْبُكُنَّ إِذْ رَاوَدْتُنَّ يُوسُفَ عَنْ نَفْسِهِ ۚ قُلْنَ حَاشَ لِلَّهِ مَا عَلِمْنَا عَلَيْهِ مِنْ سُوءٍ ۚ قَالَتِ امْرَأَتُ الْعَزِيزِ الْآنَ حَصْحَصَ الْحَقُّ أَنَا رَاوَدْتُهُ عَنْ نَفْسِهِ وَإِنَّهُ لَمِنَ الصَّادِقِينَ
51. Padşah qadınlara dedi: “Yusufu yoldan çıxartmaqla nə məqsəd güdürdünüz?” Onlar dedilər: “Allah uzaq eləsin! Biz onun haqqında pis bir şey bilmirik”. Zadəgan kişinin arvadı dedi: “İndi haqq bəlli oldu. Onu mən yoldan çıxartmaq istəyirdim. Həqiqətən də, o, doğru danışanlardandır.
Təfsir
Hökmdar qadınlara xitab edərək dedi: "Siz hiylə qurub Yusufdan sizinlə zina etməsini tələb etdikdə nə məqsəd güdürdünüz?" Onlar hökmdarın sualına belə cavab verdilər: "Yusufu bu işdə ittiham etməkdən Allaha sığınırıq. Biz onun haqqında pis bir şey bilmirik." Bu zaman zadəgan kişinin arvadı öz əməlini etiraf edərək dedi: “İndi haqq üzə çıxdı. O məni deyil, əksinə, mən onu yoldan çıxartmaq istəyirdim. Şübhəsiz ki, onun, mənim ona atdığım böhtandan uzaq olduğu barədə dediyi söz doğrudur.