Surə 12 · Cüz 12

Yusuf · 12:50

وَقَالَ الْمَلِكُ ائْتُونِي بِهِ ۖ فَلَمَّا جَاءَهُ الرَّسُولُ قَالَ ارْجِعْ إِلَىٰ رَبِّكَ فَاسْأَلْهُ مَا بَالُ النِّسْوَةِ اللَّاتِي قَطَّعْنَ أَيْدِيَهُنَّ ۚ إِنَّ رَبِّي بِكَيْدِهِنَّ عَلِيمٌ

50. Padşah dedi: “Onu ya­nı­ma gə­ti­rin!” Elçi onun yanı­na gəl­dik­də Yusuf de­di: “Ağa­nın yanına qayıt və soruş gör ki, əllərini kə­sən qadınların məq­­sədi nə idi? Şübhəsiz ki, Rəbbim on­ların hiy­lə­sini bi­lir”.

Təfsir

Yusifin yuxunun yozması hökmdara xəbər verildikdə, hökmdar əyanlarına: "Onu zindandan çıxarıb ya­nı­ma gə­ti­rin!" – dedi. Hökmdarın göndərdiyi elçi Yusifin yanı­na gəl­dik­də, Yusuf elçiyə de­di: "Hökmdar ağa­nın yanına qayıt və zindandan çıxmazdan əvvəl mənim günahsız olduğumun bilinməsi üçün hökmdardan, əllərini kə­sən qadınların qissəsi barədə soruş. Şübhəsiz ki, Rəbbim qadınların məni aldatıb yoldan çıxarmaq üçün qurduqları hiy­lə­ni bi­ləndir. Bundan Ona heç bir çey gizli qalmaz!"

Oxuyucuda aç - Surəni tam oxu