Surə 12 · Cüz 12
Yusuf · 12:49
ثُمَّ يَأْتِي مِنْ بَعْدِ ذَٰلِكَ عَامٌ فِيهِ يُغَاثُ النَّاسُ وَفِيهِ يَعْصِرُونَ
49. Bunun ardınca da elə bir il gələcək ki, onda insanlara bol yağış veriləcək və onlar çoxlu meyvə şirəsi sıxacaqlar”.
Təfsir
Bu quraqlıq keçən illərin ardından bol-bol yağışlar yağan elə bir il gələcək ki, əkinlər bitəcək və insanlar da bolluq üzündən üzüm, zeytun, qamış və s. bu kimi istədikləri meyvələrin şirəsini sıxıb içəcəklər".