Surə 12 · Cüz 12
Yusuf · 12:37
قَالَ لَا يَأْتِيكُمَا طَعَامٌ تُرْزَقَانِهِ إِلَّا نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِ قَبْلَ أَنْ يَأْتِيَكُمَا ۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّي ۚ إِنِّي تَرَكْتُ مِلَّةَ قَوْمٍ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَهُمْ بِالْآخِرَةِ هُمْ كَافِرُونَ
37. O dedi: “Sizə veriləcək yemək gəlməmişdən əvvəl mən bunun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Mən Allaha iman gətirməyən, özləri də axirəti inkar edən adamların dinindən uzaqlaşmışam.
Təfsir
Yusif - aleyhissəlam- dedi: "Sizə hökümdar yaxud başqası tərəfindən veriləcək yemək gəlməmişdən əvvəl mən sizə gördüyünüz yuxunun həqiqətini və yuxularınızın sonda nə ilə nəticələnəcəyi barədə bildirərəm. Sizə xəbər yerdiyim bu yuxu yozumu, kahinlər və ya münəccimlər tərəfindən deyil, əksinə, Rəbbimin mənə öyrətdiyi elimdəndir. Mən Allaha iman gətirməyən, özləri də axirəti inkar edən bir qövmün dinini tərk etdim!"