Surə 12 · Cüz 12

Yusuf · 12:36

وَدَخَلَ مَعَهُ السِّجْنَ فَتَيَانِ ۖ قَالَ أَحَدُهُمَا إِنِّي أَرَانِي أَعْصِرُ خَمْرًا ۖ وَقَالَ الْآخَرُ إِنِّي أَرَانِي أَحْمِلُ فَوْقَ رَأْسِي خُبْزًا تَأْكُلُ الطَّيْرُ مِنْهُ ۖ نَبِّئْنَا بِتَأْوِيلِهِ ۖ إِنَّا نَرَاكَ مِنَ الْمُحْسِنِينَ

36. Onunla birlikdə iki gənc də zin­dana salındı. Onlardan biri de­di: “Mən yuxuda gör­düm ki, üzümdən şərab sıxı­ram”. Di­gəri isə be­lə dedi: “Mən gör­düm ki, başımın üs­tündə çörək apa­rı­ram, quş­lar da ondan dim­dik­ləyib yeyir. Bunun yozumu­nu bizə bildir. Hə­qi­­qə­tən, biz səni yaxşı adam hesab edirik”.

Təfsir

Həhayət, onlar Yusifi zindana saldılar. Onunla birlikdə iki gənc də zin­dana salındı. Onlardan biri Yusifə de­di: “Mən yuxuda şərab hazırlamaq üçün üzüm sıxdığımı gör­düm". İkincisi isə be­lə dedi: "Mən yuxuda başımın üs­tündə çörək apa­rdığımı və quş­ların da ondan dim­dik­ləyib yeyir gör­düm. Ey Yusif! Bizə gördüyümüz bu yuxuların yozumu barədə xəbər ver. Çünki biz səni yaxşı bir insan olduğunu zənn edirik".

Oxuyucuda aç - Surəni tam oxu