Surə 12 · Cüz 12

Yusuf · 12:38

وَاتَّبَعْتُ مِلَّةَ آبَائِي إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ ۚ مَا كَانَ لَنَا أَنْ نُشْرِكَ بِاللَّهِ مِنْ شَيْءٍ ۚ ذَٰلِكَ مِنْ فَضْلِ اللَّهِ عَلَيْنَا وَعَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ

38. Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe ol­dum. Hər hansı bir şeyi Alla­ha şərik qoşmaq bizə ya­raş­maz. Bu, Alla­hın bizə və bütün in­san­la­ra olan lütfüdür, lakin insanların ço­xu şükür etmir.

Təfsir

Mən atalarımın dininə: İbrahimin, İshaqın və Yaqubun dininə tabe oldum. Bu din, tək Allaha ibadət etmək dinidir. Uca Allaha hər hansı bir şeyi şərik qoşmaq bizə ya­raş­maz. O, ibadətə layiq olan tək bir İlahdır. Mənim və atalarımın Allahın təkliyini qəbul edib və Ona iman etməmiz Allahın bizə müvəffəq etdiyi lütfü sayəsindədir. Həmçini, Allahın bütün insanlara Öz Peyğəmbərlərini tövhid və iman ilə göndərməsi də Allahın onlara olan bir lütfündəndir. Lakin insanların çoxu Allahın onlara bəxş etdiyi nemətlərə görə Allaha şükür etməzlər, əksinə, onlara verilən nemətlərə nankorluq edərlər!

Oxuyucuda aç - Surəni tam oxu