Surə 12 · Cüz 12

Yusuf · 12:31

فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَأً وَآتَتْ كُلَّ وَاحِدَةٍ مِنْهُنَّ سِكِّينًا وَقَالَتِ اخْرُجْ عَلَيْهِنَّ ۖ فَلَمَّا رَأَيْنَهُ أَكْبَرْنَهُ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَاشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنْ هَٰذَا إِلَّا مَلَكٌ كَرِيمٌ

31. Qadın onların hiylə­sin­dən xəbər tutduqda məclis qurub onları qonaqlığa dəvət etdi, onlar üçün mütək­kə­lər hazırladı, sonra da onların hər birinə bir bıçaq verdi və Yu­sufa: “Onların qar­şısına çıx!”– dedi. Qa­dınlar Yusufu gör­dükdə onu o qədər tə­rif­lə­di­lər ki, unu­dub meyvə əvəzinə öz əl­lərini kəsdilər və dedilər: “Allah sax­la­sın! Bu ki bəşər deyil. Bu ancaq hör­mətə layiq bir mə­lək­dir!”

Təfsir

Əzizin arvadı şəhərdə bəzi qadınların onun bu əməlinə inkar etdiklərini və onun arxasınca qeybətini etdiklərini eşitdikdə, o qadınlar Yusifi görüb, qadına üzür qazandırmaq üçün onlara bir elçi göndərib onları qonaq dəvət etdi, onların rahat əyləşməsi üçün döşəklər və yasdıqlar hazırladı, sonra da qonaqların hər birinə meyvəni kəsmək üçün bir bıçaq verdi və Yu­sifə: "Haydı onların qar­şısına çıx!" – dedi. Qa­dınlar Yusifi gör­dükdə onu çox öyüb təriflədilər, gözəlliyinə heyran olub, ona o qədər mat-mətəl qaldılar ki, süfrədəki meyvələrdən kəsmək üçün əllərində olan biçaqlarla çaşıb öz əl­lərini kəsdilər və təəccüblə: "İlahi! Bu oğlan bəşər övladı deyil. İsanlara bundan əvvəl belə bir heyrətamiz gözəllik əsla verilməmişdir. Bu ancaq hör­mətli mələklərdən olan bir mə­lək­dir!" – dedilər.

Oxuyucuda aç - Surəni tam oxu