Surə 12 · Cüz 12
Yusuf · 12:41
يَا صَاحِبَيِ السِّجْنِ أَمَّا أَحَدُكُمَا فَيَسْقِي رَبَّهُ خَمْرًا ۖ وَأَمَّا الْآخَرُ فَيُصْلَبُ فَتَأْكُلُ الطَّيْرُ مِنْ رَأْسِهِ ۚ قُضِيَ الْأَمْرُ الَّذِي فِيهِ تَسْتَفْتِيَانِ
41. Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başından dimdikləyib yeyəcəklər. Haqqında fitva soruşduğunuz işə qabaqcadan qərar verilmişdir”.
Təfsir
Ey mənim zindan yoldaşlarım! Yuxuda şərab hazırlamaq üçün üzümü sığan kimsəyə gəlincə, o, zindandan çıxıb, əvvəlki işinə qayıdaraq yenə də Hökmdar üçün şərab süzəcəkdir. Amma başı üstündə çörək daşıyan və quşlarında o çörəkdən yediyini görən kimsəyə gəlincə, o, öldürülüb, asılacaq və quşlarda başının ətindən dimdikləyib yeyəcəkdir. Haqqında fitva tələb etdiyiniz işə qabaqcadan qərar verilmişdir. Bu iş mütləq gercəkləçəcəkdir, buna heç bir şəkk-şübhə ola bilməz.