Surə 12 · Cüz 12

Yusuf · 12:40

مَا تَعْبُدُونَ مِنْ دُونِهِ إِلَّا أَسْمَاءً سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا أَنْزَلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۚ أَمَرَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

40. Ondan başqa ibadət et­dik­ləriniz sizin və atalarınızın qoy­duğunuz ad­lardan baş­qa bir şey deyildir. Allah on­la­ra dair heç bir dəlil nazil et­mə­mişdir. Hökm yal­nız Allahın­dır. O əmr et­miş­dir ki, yalnız Ona ibadət edəsiniz. Doğ­ru din budur, lakin in­san­la­rın çoxu bu­nu bilmir.

Təfsir

Allahdan başqa ibadət etdiyiniz ilahlar, sizin və atalarınızın ilah adlandırdığınız, həqiqətdə isə onların ilahlıqdan heç bir payı olmayan adlardan başqa bir şey deyildir. Uca Allah sizin onları ilah adlandırmanızın doğru olmasına dair heç bir dəlil nazil etməmişdir. Bütün məxluqatın hökmü, sizin və atalarınızın özünüzdən ilah adlandırdığınız ilahların ixtiyarında yox, əksinə, tək olan Allahın ixtiyarındadır. Uca Allah sizə yalnız Ona ibadət etməyi əmr etmiş, Ona şərik qoşmağı isə qadağan etmişdir. Bu, özündə heç bir əyrilik olmayan, doğru din olan, tövhid dinidir. Lakin insanların çoxu bunu bilmirlər. Elə buna görə də Allaha şərik qoşarlar və Allahın bəzi məxluquna ibadət edərlər!

Oxuyucuda aç - Surəni tam oxu